Azərbaycan, Bakı, 14 sentyabr /Trend/
BMT-nin kimyəvi silah üzrə ekspertləri Suriyada kimyəvi silahdan istifadə üzrə məruzənin hazırlanmasını başa çatdırıblar. "Assoşieyted Press" agentliyinin məlumatına görə, bunu ekspert qrupunun rəhbəri Oke Sellstrom deyib.
Trend RİA Novosti-yə istinadən xəbər verir ki, sənəd təşkilatın baş katibi Pan Gi Muna bazar günü təqdim ediləcək.
O.Sellstromun agentliyə bildirdiyinə görə, hesabatın geniş ictimaiyyətə təqdim edilmə vaxtı hələ müəyyən edilməyib: "Hesabat hazırdır, lakin onun nə vaxt açıqlanacağı baş katibin qərarından asılıdır".