Azərbaycan, Bakı, 14 sentyabr /Trend/
ABŞ və Rusiya Cenevrə danışıqlarında Suriyada olan kimyəvi silah üzrə əldə etdikləri məlumatı praktiki olaraq razılaşdırıblar. Trend-in məlumatına görə, bu barədə RİA Novosti "Reuters" agentliyinə istinadən xəbər verir.
ABŞ administrasiyasının nümayəndəsi agentliyə bildirib ki, hər iki tərəf bu məsələ üzrə razılığa yaxındır və danışıqlar həlledici mərhələyə yüksəlib.
Bundan əvvəl ABŞ administrasiyası məlumat vermişdi ki, Suriyanın sərəncamında 1000 ton zəhərləyici maddə ola bilər.