...

Nazir: Dəməşq BMT-nin kimyəvi silah üzrə istənilən tələbini yerinə yetirəcək

Siyasət Materials 16 Sentyabr 2013 01:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 sentyabr /Trend/

Suriya hökuməti BMT Təhlükəsizlik Şurasının müvafiq qətnaməsinin təsdiq olunmasından dərhal sonra Rusiya-ABŞ razılaşmasının kimyəvi silah arsenalının ləğv edilməsi üzrə bütün tələblərini yerinə yetirməyə tam hazırdır. Trend-in məlumatına görə, bu barədə "Frans Press" agentliyi Suriyanın informasiya nazirinə istinadən xəbər yayıb.

Nazir Umran əz-Zubi bəyan edib ki, Suriya BMT-nin istənilən qətnaməsinə əməl etməyi öhdəliyinə götürüb:

"Biz Rusiyanın kimyəvi silahın məhv edilməsi üzrə planını qəbul edirik. Biz artıq siyahımızı hazırlamağa başlamışıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti