...

Türkiyə və İran Suriyadakı vəziyyəti müzakirə edəcəklər

Siyasət Materials 16 Sentyabr 2013 15:42 (UTC +04:00)
Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək sentyabrın 21-də İrana rəsmi səfər edəcək.
Türkiyə və İran Suriyadakı vəziyyəti müzakirə edəcəklər

Azərbaycan, Bakı, 16 sentyabr /Trend, müxbir A.Tağıyeva/

Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək sentyabrın 21-də İrana rəsmi səfər edəcək. Bu barədə Trend "Ankara" agentliyinə istinadən məlumat verir.

C.Çiçək birgünlük səfəri zamanı iranlı həmkarı Əli Laricani ilə görüşəcək. Görüşün əsas müzakirə mövzusu Suriyadakı vəziyyət olacaq.

Məlumata görə, türkiyəli spiker iranlı həmkarının dəvəti ilə İrana səfər edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti