...

Ucarda avtomobil yolunun tikintisinə 5 milyon manata yaxın vəsait ayrılıb

Siyasət Materials 16 Sentyabr 2013 19:36 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Ucar rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Ucarda avtomobil yolunun tikintisinə 5 milyon manata yaxın vəsait ayrılıb

Azərbaycan, Bakı, 16 sentyabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Ucar rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, səkkiz min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən Türkəci-Ənvər Məmmədxanlı-Çiyni-Bərgüşad avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 4.7 milyon (dörd milyon yeddi yüz min) manatı Ucar Rayon İcra Hakimiyyətinə ayrılsın.

Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək, Nazirlər Kabinetinə isə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti