...

Azərbaycan Prezidenti seçkilərində "ekzit-poll" keçirmək üçün MSK-ya müraciət olunub

Siyasət Materials 17 Sentyabr 2013 17:49 (UTC +04:00)
“ELS” Müstəqil Araşdırmalar Mərkəzi 2013-cü il prezident seçkilərində “ekzit-poll” (“exit-poll”) tədqiqatının keçirilməsini planlaşdırır.
Azərbaycan Prezidenti seçkilərində "ekzit-poll" keçirmək üçün MSK-ya müraciət olunub

Azərbaycan, Bakı, 17 sentyabr /Trend, müxbir M.Əliyev/

"ELS" Müstəqil Araşdırmalar Mərkəzi 2013-cü il prezident seçkilərində "ekzit-poll" ("exit-poll") tədqiqatının keçirilməsini planlaşdırır.

ELS-dən çərşənbə axşamı Trend-ə bildiriblər ki, təşkilat tədqiqatl ilə bağlı tələb olunan sənədlər paketini bu gün Mərkəzi Seçki Komissiyasına təqdim edib. Azərbaycan qanunvericiliyə əsasən, Mərkəzi Seçki Komissiyası sentyabrın 29-dək həmin sənədlərə baxıb qərar qəbul edəcək.

"Ekzit-poll" prezident seçkiləri günü Azərbaycan ərazisində mövcud 5175 seçki məntəqəsinin 400 məntəqəsində aparılacaq. Mərkəzdə hazırlıq işləri, o cümlədən məntəqələr üzrə intervüerlərin seçimi, sənədlər paketinin hazırlanması, tədqiqatın seçiminə düşən məntəqələrin monitorinqi başa çatıb. Hazırda treninqlərə hazırlıq, müvafiq sənədlərin hazırlanması və s. təşkilati işlər gedir.

Qeyd edək ki, "ELS" Müstəqil Araşdırmalar Mərkəzi 2008-ci ildən etibarən Azərbaycanda keçirilən prezident, bələdiyyə seçkilərində, həmçinin referendum zamanı "exit-poll" tədqiqatını həyata keçirib və nəticələri seçkilər bitdikdən sonra bir saat ərzində geniş ictimaiyyətə çatdırıb. 2010-cu ildə Mərkəz "ekzit-poll" tədqiqatı və seçki prosesinin tədqiqi sahəsindəki peşəkarlığına görə Avropa ölkələrində seçkiləri keçirən təşkilatların assosiasiyasına üzv qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti