...

Əli Əhmədov ATƏT-in müşahidə missiyasının nümayəndələri ilə görüşüb

Siyasət Materials 18 Sentyabr 2013 16:33 (UTC +04:00)
Bu gün Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi Əli Əhmədov Azərbaycanda prezident seçkilərinin müşahidəsi üzrə ATƏT-in fəaliyyətdə olan sədri tərəfindən təyin edilmiş xüsusi əlaqələndirici, ATƏT-in Parlament Assambleyasındakı Fransa nümayəndə heyəti rəhbərinin birinci müavini Mişel Vuazə və Fransa Milli Assambleyasının Fransa-Azərbaycan dostluq qrupunun rəhbəri Tierri Mariani ilə partiyanın qərargahında görüşüb.
Əli Əhmədov ATƏT-in müşahidə missiyasının nümayəndələri ilə görüşüb

Azərbaycan, Bakı, 18 sentyabr /Trend, müxbir E.Mehdiyev/

Bu gün Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi Əli Əhmədov Azərbaycanda prezident seçkilərinin müşahidəsi üzrə ATƏT-in fəaliyyətdə olan sədri tərəfindən təyin edilmiş xüsusi əlaqələndirici, ATƏT-in Parlament Assambleyasındakı Fransa nümayəndə heyəti rəhbərinin birinci müavini Mişel Vuazə və Fransa Milli Assambleyasının Fransa-Azərbaycan dostluq qrupunun rəhbəri Tierri Mariani ilə partiyanın qərargahında görüşüb.

Trend YAP-ın rəsmi saytına istinadən xəbər verir ki, görüşdə oktyabrın 9-da keçiriləcək Azərbaycan Prezidentinin seçkilərinə hazırlıq işləri, təbliğat-təşviqat kampaniyasının gedişi, eləcə də beynəlxalq müşahidəçilərin fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti