...

Əlikram Hümbətov Ermənistana səfər edib

Siyasət Materials 24 Sentyabr 2013 12:49 (UTC +04:00)
Əlikram Hümbətov Ermənistana səfər edib.
Əlikram Hümbətov Ermənistana səfər edib

Azərbaycan, Bakı, 23 sentyabr / Trend /

Əlikram Hümbətov Ermənistana səfər edib. Trend-in məlumatına görə, bu barədə "Armenia today" məlumat yayıb.

Məlumata görə, Əlikram Hümmətov İrəvan Dövlət Universitetinin iranşünaslıq kafedrasında "talışşünaslıq" proqramının açılış mərasimində iştirak edəcək.

Ə. Hümmətovun Ermənistanın elmi və ictimai-siyasi dairələri ilə görüşlər keçirəcəyi, daha sonra Dağlıq Qarabağa gedərək "Arsax Universiteti"ndə mühazirə oxuyacağı bildirilir.

Qeyd edık ki, Əlikram Hümmətov 1993-cü ildə Azərbaycanın cənub zonasında "Talış-Muğan Respublikası" elan edən, bir müddət həbsdə qaldıqdan sonra vətəndaşlıqdan məhrum edilərək ölkədən deportasiya olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti