...

Abdullah Gül: Radikal qruplaşmalar Türkiyədəki etiraz aksiyalarından istifadəyə cəhd edib

Siyasət Materials 24 Sentyabr 2013 15:52 (UTC +04:00)
Bəzi radikal qruplaşmalar Türkiyədə xaos yaratmaq planlarını reallaşdırmaq üçün İstanbulda ağacların kəsilməsinə qarşı keçirilən etiraz aksiyalarından istifadə etməyə cəhd edib.
Abdullah Gül: Radikal qruplaşmalar Türkiyədəki etiraz aksiyalarından istifadəyə cəhd edib

Azərbaycan, Bakı, 24 sentyabr /Trend, müxbir A.Tağıyeva/

Bəzi radikal qruplaşmalar Türkiyədə xaos yaratmaq planlarını reallaşdırmaq üçün İstanbulda ağacların kəsilməsinə qarşı keçirilən etiraz aksiyalarından istifadə etməyə cəhd edib. Trend-in "Hürriyyət" qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə Vaşinqtonda rəsmi səfərdə olan Türkiyə Prezidenti Abdullah Gül jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, İstanbul polisi bu şəxslərə münasibətdə eynilə qarşısında vəziyyəti sabitləşdirmək tapşırığı qoyulan Nyu-York və ya başqa şəhərin təhlükəsizlik qüvvələrinin əməkdaşları kimi hərəkət edib.

A.Gül vurğulayıb ki, Türkiyədə radikal qruplaşmaların nümayəndələri müntəzəm olaraq etiraz aksiyalarının keçirilməsinə cəhd göstərirlər, lakin onların hamısının qarşısı ölkə polisi tərəfindən alınır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti