Azərbaycan, Bakı, 26 sentyabr /Trend/
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Livan prezidenti Mişel Sleyman ilə Suriyadakı vəziyyəti müzakirə edib. Trend RİA Novostiyə istinadən xəbər verir ki, tərəflər Rusiya-Livan münasibətlərini müzakirə edib, iki ölkə arasında humanitar əlaqələr haqqında fikir mübadiləsi aparıblar.
Bununla yanaşı, suriyalı qaçqınların Livan ərazisinə yerləşdirilməsi məsələsi haqqında danışılıb.
Livan tərəfi isə Rusiyanın Suriyanın kimyəvi silahlarının beynəlxalq nəzarətə verilməsi üzrə fəaliyyətinə yüksək qiymət verib.