...

Obama hələ də Ruhanilə görüşməyə hazırdır

Siyasət Materials 26 Sentyabr 2013 01:10 (UTC +04:00)
ABŞ prezidenti Barak Obama hələ də iranlı həmkarı Həsən Ruhanilə görüşməkdən imtina etmir. Trend-in RİA Novostiyə istinadən verdiyi məlumata görə, bunu Ağ Evin rəsmisi Cey Karni deyib.
Obama hələ də Ruhanilə görüşməyə hazırdır

Azərbaycan, Bakı, 26 sentyabr /Trend/

ABŞ prezidenti Barak Obama hələ də iranlı həmkarı Həsən Ruhanilə görüşməkdən imtina etmir. Trend-in RİA Novostiyə istinadən verdiyi məlumata görə, bunu Ağ Evin rəsmisi Cey Karni deyib.

"Obama Ruhanilə qeyri-formal görüş imkanını buraxıb, lakin hələ də bundan imtina etmir" - deyə o bildirib.

Onun sözlərinə görə, təşəbbüsün ciddiliyini nümayiş etdirən təkbətək görüş o qədər də vacib deyil. "Hazırda İranın vəzifəsi beynəlxalq öhdəliklərə riayət etdiyi ciddi şəkildə nümayiş etdirməkdir" - deyə Karni əlavə edib.

Xəbər lenti

Xəbər lenti