...

Səfir: Argentina Azərbaycanla əməkdaşlığı genişləndirmək niyyətindədir

Siyasət Materials 26 Sentyabr 2013 09:40 (UTC +04:00)
Argentina Azərbaycanla əməkdaşlığı genişləndirmək niyyətindədir.
Səfir: Argentina Azərbaycanla əməkdaşlığı genişləndirmək niyyətindədir

Azərbaycan, Bakı, 26 sentyabr/ Trend, müxbir S.Əhmədova /

Argentina Azərbaycanla əməkdaşlığı genişləndirmək niyyətindədir. Bu məqsədlə Argentinanın iki nümayəndə heyəti Azərbaycana səfər edəcək. Bu barədə Argentinanın Azərbaycandakı səfiri Karlos Dante Riva Trend-ə bildirib.

"Oktyabr ayında Argentinadan 12 nəfərlik nümayəndə heyəti Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün Azərbaycana səfər edəcək".

Onun sözlərinə görə, nümayəndə heyətinə qanunvericilik orqanlarından və akademik dairələrdən olan şəxslər daxil olacaqlar.

Karlos Dante Riva, həmçinin qeyd edib ki, "Bakutel" sərgisində iştirak etmək üçün Buones-Ayresdən daha bir böyük nümayəndə heyətinin Bakıya səfəri gözlənilir.

Səfirin sözlərinə görə, iki ölkə arasında əməkdaşlığın perspektivlərini müəyyən etmək üçün ikitərəfli görüşün keçirilməsi də planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti