...

Azərbaycan-İsrail əlaqələri Nyu-Yorkda müzakirə olunub

Siyasət Materials 26 Sentyabr 2013 10:55 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 68-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorka səfəri çərçivəsində ABŞ-dakı yəhudi icmasının və təşkilatlarının nümayəndələri ilə görüşüb.
Azərbaycan-İsrail əlaqələri Nyu-Yorkda müzakirə olunub

Azərbaycan, Bakı, 26 sentyabr/ Trend, müxbir S.Əhmədova /

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 68-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorka səfəri çərçivəsində ABŞ-dakı yəhudi icmasının və təşkilatlarının nümayəndələri ilə görüşüb.

Trend-in Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, görüşdə Azərbaycanda etnik və dini zəmində tarixən mövcud olan tolerantlıq və bütün dini icmaların nümayəndələri üçün yaradılmış lazımi şərait, Azərbaycanın İsraillə əlaqələri və Yaxın Şərqdəki vəziyyət barəsində fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti