Azərbaycan, Bakı, 27 sentyabr /Trend/
RF xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Con Kerri cümə axşamı BMT Baş Assambleyası çərçivəsində daha bir görüş keçirəcəklər. Trend-in məlumatına görə, bu barədə İTAR-TASS-a Rusiya nümayəndə heyətindəki mənbə deyib.
Agentliyin həmsöhbəti bildirib ki, bu günə xarici siyasət idarələri rəhbərlərinin daha bir görüşü nəzərdə tutulub.
Sentyabrın 25-də S.Lavrov və C.Kerri arasında görüşün yekunu üzrə rusiyalı nazir bəyan edib ki, ABŞ tərəfi ilə Suriya problemi üzrə iş yaxın günlərdə davam etdiriləcək.