...

Azərbaycan Suriyada kimyəvi silahlardan istifadə edilməsini və xüsusilə mülki insanların qətlə yetirilməsini kəskin şəkildə pisləyir

Siyasət Materials 29 Sentyabr 2013 01:00 (UTC +04:00)
Suriyanın kimyəvi silah ehtiyatının mühafizəsi və məhv edilməsi üzrə BMT TŞ-də qəbul olunmuş 2118 (2013) saylı qətnaməni müsbət qarşılayırıq. Trend-in məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 68-ci sessiyasında çıxışı zamanı deyib.
Azərbaycan Suriyada kimyəvi silahlardan istifadə edilməsini və xüsusilə mülki insanların qətlə yetirilməsini kəskin şəkildə pisləyir

Azərbaycan, Bakı, 29 sentyabr /Trend/

Suriyanın kimyəvi silah ehtiyatının mühafizəsi və məhv edilməsi üzrə BMT TŞ-də qəbul olunmuş 2118 (2013) saylı qətnaməni müsbət qarşılayırıq. Trend-in məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 68-ci sessiyasında çıxışı zamanı deyib.

Nazir bildirib ki, BMT TŞ-da nümayiş etdirilən bu yekdil və qəti mövqe Suriya münaqişənin aradan qaldırılması üçün siyasi həllin tapılmasına, Suriya xalqının üzərinə düşən əzab-əziyyətlərə son qoyulmasına və tərəflərin beynəlxalq hüquqa uyğun olaraq öz öhdəliklərini yerinə yetirməsinin təmin olunmasına töhfəsini verəcək.

"Azərbaycan Suriyada kimyəvi silahlardan istifadə edilməsini və xüsusilə mülki insanların qətlə yetirilməsini kəskin şəkildə pisləyir. 2118 (2013) saylı qətnamə kimyəvi silahların istifadəsinin beynəlxalq hüququn ciddi pozuntusu olduğunu təsdiq etmiş və onu beynəlxalq sülh və təhlükəsizliyə təhdid yaradan əməl kimi qəbul edib. 30 iyun 2012-ci il tarixli Cenevrə kommunikesini təsdiq etməklə və Suriya üzrə beynəlxalq konfrans çağırmaqla, TŞ sülh yolu ilə keçid prosesi, sabitlik və barışığa nail olmaq üçün zəmin yaradıb. Amma bütün tərəflərin silahlı zorakılığı dayandırması, siyasi proseslərdə konstruktiv şəkildə iştirak etməsi və Cenevrə kommunikesinin həyata keçirilməsinə öhdəlik daşıması mütləq şəkildə vacibdir" - deyə XİN başçısı əlavə edib.

Xəbər lenti

Xəbər lenti