...

Mübariz Əhmədoğlu: Əsas müxalif qüvvə rolunda çıxış edən Milli Şuranın platforması ölkə Prezidenti İlham Əliyev üçün komplimentdir

Siyasət Materials 2 Oktyabr 2013 12:45 (UTC +04:00)
Azərbaycanda prezident seçkiləri öncəsi proseslər normal, demokratik şəraitdə davam edir. Səslənən bəzi təhqiredici fikirlər nəzərə alınmazsa, teledebatlardakı gərginlik də normal qəbul edilə bilinər.
Mübariz Əhmədoğlu: Əsas müxalif qüvvə rolunda çıxış edən Milli Şuranın platforması ölkə Prezidenti İlham Əliyev üçün komplimentdir

Azərbaycan, Bakı, 2 oktyabr /Trend, müxbir E.Mehdiyev/

Azərbaycanda prezident seçkiləri öncəsi proseslər normal, demokratik şəraitdə davam edir. Səslənən bəzi təhqiredici fikirlər nəzərə alınmazsa, teledebatlardakı gərginlik də normal qəbul edilə bilinər. Əsas müxalif qüvvə rolunda çıxış edən Milli Şuranın platforması ölkə Prezidenti İlham Əliyev üçün komplimentdir. Trend-in məlumatına görə, bunu çərşənbə günü keçirdiyi mətbuat konfransında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Politoloqun sözlərinə görə, Milli Şuranın namizədi prezident seçiləcəyi təqdirdə, ölkəyə 2 il müddətinə rəhbərlik edəcəyini bildirir: "Bu müddət ərzində parlament seçkiləri, konstitusiya islahatları aparılır və ən nəhayət yeni prezident seçkisi elan olunur. Müasir reallıqda Azərbaycanın yerləşdiyi regionda heç bir dövlət 2 il ərzində belə ağırtutumlu siyasi proseduralarla məşğul ola bilməz. Azərbaycan dövləti güclü dövlətdir, amma onun hər şeyə qalib gələcəyini iddia etmək düzgün deyil. Əgər Azərbaycan 2 il ərzində bu ağır siyasi prosedurların reallaşdırılmasına dözəcəksə, deməli, bu güclü dövlətdir və bu dövləti indiki Prezident qurub. Belə olan təqdirdə, indiki Prezidenti hakimiyyətdən uzaqlaşdırmağa ehtiyac yoxdur. Mümkündür ki, Milli Şuranın məqsədi Azərbaycan dövlətini zəiflədib, onu hansısa bir dövlətin təsiri altına salmaqdır. Milli Şura adından çıxış edənlərin hansısa dövlət və ya qrup qarşısında öhdəliyinin olduğunu da ehtimal etmək olar".

M.Əhmədoğlu, həmçinin qeyd edib ki, ATƏT-in Seçki Müşahidə Missiyası ilk aralıq hesabatında qərəzlə yanaşı, hesabatı hazırlayanların savadsızlığı və məlumatsızlığı da özünü göstərir: "Aralıq hesabatda olan bəzi məsələlər sübut edir ki, Azərbaycan hökuməti Aralıq hesabat hazırlanan dövrədək seçkilərə müdaxilə etməyib. Azərbaycan qadınları siyasi azadlıqları XX əsrin ikinci onilliyində əldə etdiyi halda, Avropa dövlətlərinin böyük əksəriyyəti qadınlara seçki azadlığını XX əsrin ikinci yarısında verib. Azərbaycan qadınları seçkidə iştirak etməyibsə, demək özləri arzulamayıblar. Hakimiyyət seçkiyə qarışsaydı, bir neçə qadını prezidentliyə namizəd edə bilərdi. Seçkiyə qatılanların 88.7 faizi İlham Əliyevə səs verəcək. İctimai Rəyin Öyrənilməsi üzrə Avropa Mərkəzinin ( The European Centre for Survey Research, UK) rəy sorğuları bunu göstərir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti