Azərbaycan, Bakı, 3 oktyabr /Trend/
ABŞ İran rəsmilərinin nüvə proqramına dair danışıqlarda iştiraka razılıq vermələrinə baxmayaraq, sanksiyaları aradan qaldırmaq niyyətində deyil. Trend-in RİA Novostiyə istinadən verdiyi məlumata görə, bunu ABŞ Dövlət Departamentinin nümayəndəsi Mari Harf deyib.
"Biz sanksiyaların reallaşmasını o zamana kimi sürdürəcəyik ki, danışıqlar yolu ilə nəticə əldə olunsun. İran rəsmiləri öhdəliklərini konkret əməllə sübut etməyənədək sanksiyaları aradan götürməyəcəyik" - deyə Harf bildirib.
Onun sözlərinə görə, dövlət katibi Con Kerri nüvə proqramı ilə bağlı İranın ata biləcəyi addımlarla əlaqəli fəaliyyət siyahısı hazırlayıb.