Azərbaycanda "S-300" zenit raket kompleksinə ictimai baxış keçirilib (FOTO)

Azərbaycanda "S-300" zenit raket kompleksinə ictimai baxış keçirilib (FOTO)

Azərbaycan, Bakı, 4 oktyabr /Trend, müxbir İ.İzzət/

Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələrinin N saylı hərbi hissəsində Milli Məclisin üzvlərinin və KİV nümayəndələrinin iştirakı ilə "S-300" zenit raket kompleksinə ictimai baxış keçirilib.

Trend-in məlumatına görə, müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələrinin komandanı, general-mayor Altay Mehdiyev bildirib ki, Azərbaycan Ordusunun istifadəsində olan "S-300 PMU2 Favorit" hava hücumundan müdafiə (HHM) sistemi bu tip silahların ən son və yeniləşdirilmiş modelidir.

Onun sözlərinə görə, bu sistem müharibə və sonrakı dövrdə lazımi funksiyaları yerinə yetirməyə qadirdir. Azərbaycanın ərazi bütövlüyünə hər hansı təhlükənin olacağı təqdirdə, bu silah vasitəsilə düşmənə lazımınca cavab veriləcək.

Milli Məclisin sədr müavini Bahar Muradova bildirib ki, Azərbaycan hazırda bölgənin ən güclü ordusuna malikdir: "Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev ordunun maddi-texniki bazasının təkmilləşdirilməsinə diqqət yetirir. Belə güclü orduya malik Azərbaycan öz ərazi bütövlüyünü ən yaxın zamanda bərpa edə biləcək".

Hərbi hissəni ziyarət edən Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli, Təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini Aydın Mirzəzadə, millət vəkilləri Gövhər Baxşəliyeva və Bəxtiyar Sadıqov çıxış edərək bildiriblər ki, Azərbaycan Ordusu texniki imkanlarına görə postsovet ölkələrin bir çoxundan daha üstündür, güclü kadr potensialına malikdir və "S-300" zenit raket kompleksi Azərbaycan Ordusunun gücünə əlavə güc qatır.

Hərbi hissənin komandiri, polkovnik-leytenant Cəlil Seyfullayev bildirib ki, bu sistem 27 km hündürlüyə qədər, 200 km uzaqlıqda yerləşən hədəfləri vurmağa qadirdir, eyni anda 36 hədəfə 3 saniyə ərzində atəş aça bilər: "Sistem mobil imkanlara malik olduğundan operativ yerdəyişmə həyata keçirir və 5 dəqiqə ərzində döyüş vəziyyətinə gətirilir. Qurğu 300 km radiusda eyni anda 300-ə qədər hədəfi aşkar edə, silah qurğularının yerləşdiyi divizionla komanda məntəqəsi arasında 90 km məsafəyədək əlaqə yaradaraq hədəfləri vura bilir. Sistem özü avtomatik olaraq hədəfləri müəyyən edir və atəş açır. Hədəflərin vurulma ehtimalı 100-də 99-dur".

Tədbir çərçivəsində qonaqlar hərbi hissənin qərargahı, yeməkxanası, əsgərlərin yataq şəraiti, tibb məntəqəsi ilə tanış olublar. Hərbi hissədə kompleksdə təlim şəklində raketlərin döyüş hazırlığı nümayiş olunub.

Qeyd edək ki, S-300 (ABŞ və NATO təsnifatına görə: SA-10 Grumble, SA-12 Giant/Gladiator, SA-20 Gargoyle) - uzun radiuslu zenit raket sistemidir. Seriyalı istehsalına 1975-ci ildə başlanıb. 1978-ci ildə sistemin sınağı başa çatıb.

"S-300" zenit raket sistemi (ZRS) radiolokatorlu axtarış sisteminə malik idarəetmə mərkəzindən, 6 zenit raket kompleksindən (ZRK) ibarətdir. 6 ZRK-dan hər biri adətən onun yerləşdiyi hərbi hissənin tabeliyində olur. İdarəetmə mərkəzi hədəflərin ZRK-lar arasında avtomatik bölüşdürülməsinə xidmət edir və öz raketləri olmur. İri sənaye, hərbi və inzibati obyektlərin hava-kosmik zərbələrindən müdafiəsi üçün tətbiq olunur. Ballistik və aerodinamik hədəfləri vurmaq imkanındaır. Əvvəlcədən koordinatları məlum olan yer üzərindəki obyektləri məhv etmək imkanına malikdir. İlk çoxkanallı ZRS kimi eyni zamanda 6 hədəfi izləyə və onun hər birinə 12 raket tuşlaya bilir. Bu raketlər modifikasiyasından asılı olaraq hədəfləri 47 km-dən 150 km-dək məsafədə vurma imkanına malikdir. Kompleksin hava obyektlərinin aşkar edilməsinin uzaqlığı 120-dən 300 kilometrədəkdir.

Hazırda "S-300" kompleksləri Rusiyadan başqa 18 ölkənin, o cümlədən postsovet dövlətlərdən Ermənistan, Qazaxıstan, Ukrayna, Belarus və Azərbaycanın hava hücumundan müdafiə qüvvələrinin silahlanmasında mövcuddur.

Azərbaycan 2010-cu ildə Rusiyadan 2 divizion "S-300 PMU2" kompleksini alıb. Bu raketlər ilk dəfə 2011-ci il iyunun 26-da Bakıda keçirilən hərbi paradda nümayiş olunub.

Azərbaycanın azad edilmiş ərazilərində "ağıllı" layihələr üçün strateji planlar hazırlanır
Azərbaycanın azad edilmiş ərazilərində "ağıllı" layihələr üçün strateji planlar hazırlanır
Azad edilən ərazilərin turizm potensialı müzakirə olunur - Aparat rəhbəri
Azad edilən ərazilərin turizm potensialı müzakirə olunur - Aparat rəhbəri
Qış turizmi üzrə xidmətlərdən istifadə edənlərin sayı artıb
Qış turizmi üzrə xidmətlərdən istifadə edənlərin sayı artıb
Loading Bars
Xəbər lenti
Nazirlikdən əhaliyə xəbərdarlıq
ABŞ-ın Finiks şəhərində erməni terrorunu əks etdirən sərgi təşkil olunub (FOTO)
Xocalı soyqırımı insanlığa, bəşəriyyətə qarşı yönəlmiş cinayət əməlidir - Pərvin Kərimzadə
Müəllimlərin işə qəbulu müsabiqəsi üzrə onlayn müsahibələrin nəticələri açıqlanıb
Bu rayonlara qar yağır, külək isə mülayimləşib - FAKTİKİ HAVA
UEFA bu çempionatların 2020/2021-ci il mövsümünü ləğv edib
Bişkek ictimaiyyəti dünya birliyini Xocalı soyqırımına obyektiv qiymət verməyə çağırıb (FOTO)
İtaliyanın daha bir şəhəri Xocalı soyqırımını pisləyən sənəd qəbul edib
Ceyhun Bayramovla Aİ komissarı arasında telefon danışığı olub
Sabah məktəblərdə dərs olacaq? - Nazirlikdən AÇIQLAMA
Ceyhun Bayramov Ukrayna xarici işlər nazirinin müavini ilə görüşüb (FOTO)
Pandemiya ən çox avtomobil nəqliyyatı üzrə yükdaşımalara ziyan vurub - Tədqiqat
Ermənistanda Azərbaycana qarşı 3 dəfə "İsgəndər" raketindən istifadənin etirafı, əslində hərbi cinayətlərin etirafıdır - Deputat
Əfv komissiyasının iclası başa çatıb, 150-dən artıq müraciətə baxılıb
FHN yollarda xilasetmə əməliyyatları həyata keçirir (VİDEO)
Polis yollarda köməksiz qalan vətəndaşlara kömək edib (FOTO/VİDEO)
Hazırda Bakıda 6 dərəcə şaxta var - FAKTİKİ HAVA
Belarusun bir sıra şəhərlərində Xocalı soyqırımının ildönümü münasibətilə anım tədbirləri keçirilib (FOTO)
Bazel şəhərində Xocalı soyqırımına həsr edilmiş ədəbi-bədii gecə təşkil edilib
Bakıda və Ağdaşda ev yanıb
Ermənilər törətdikləri vandalizm aktlarına görə beynəlxalq məhkəmələrdə hökmən layiqli cəzalarını almalıdırlar - Vüqar Rəhimzadə
Mingəçevir Dövlət Universitetində Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş konfrans keçirilib (FOTO)
Qarlı havada yıxılaraq xəsarət alanların sayı 39-a çatdı (ƏLAVƏ OLUNUB)
Hikmət Hacıyev Ukrayna XİN başçısının müavini ilə görüşüb (FOTO)
Beynəlxalq sərgidə Azərbaycan məhsullarına böyük maraq var (FOTO)
Qusar polisi yollarda qalmış vətəndaşlara köməklik göstərir
Diaspor təşkilatı Norveç hökumətini Xocalı soyqırımını tanımağa çağırıb
Bakıda isinməyə ehtiyacı olan şəxslər bu sığınacaqlara üz tutur (FOTO)
Azərbaycanın avtomobil yollarındakı son vəziyyət açıqlandı
“Azəriqaz” abonentlərə müraciət edib
Ermənistan cəmiyyətində qatı anti-Rusiya ovqatı formalaşıb - Politoloq
KOB-ların dövlət satınalmalarında daha geniş iştirakı təşviq olunacaq - Mikayıl Cabbarov
Stokholm şəhərində "Xocalıya ədalət!" plakatları yerləşdirilib (FOTO)
Vətəndaşın hüquqlarını pozan daha bir şəxsin qanunsuz əməlləri ifşa edildi
Mingəçevirdə karantin qaydalarını pozan idman zalı aşkar edilib (FOTO)
Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının növbəti iclası keçirilib
Azərbaycan və Polşa xalqlarının faciəli tarixi müzakirə edilib
Ombudsman ÜST-ün Azərbaycan Nümayəndəliyinin rəhbəri Hande Harmancını qəbul edib (FOTO)
Fevralın 25-nə USD/AZN rəsmi məzənnəsi
Sahibkar birlikləri və assosiasiyaları ilə sıx əməkdaşlıq qurulacaq - Dövlət Vergi Xidməti
Ermənistan rəhbərliyi başlarına dəymiş “dəmir yumruq”dan düzgün nəticə çıxarmalıdır - Naqif Həmzəyev
Ermənistan Azərbaycanın yaratdığı yeni reallığı artıq qəbul edir - Deputat
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının energetika nazirlərinin ilk iclası keçirilib
Paytaxtda quraşdırılan sığınacaqlar haradadır? - ÜNVAN
Türkiyə, Azərbaycan və Türkmənistan XİN başçıları üçtərəfli görüşə dair birgə bəyanat qəbul edib (FOTO)
Türkiyə alpinistləri Xocalı qurbanlarını Haçadağda yad ediblər
Hərəkətin təhlükəsizliyi və fasiləsizliyinin təmin olunması üçün addımlar atılır - AAYDA
DİN Qaradağda baş verən qəza ilə bağlı məlumat yaydı: 1 nəfər ölüb, 1-i yaralanıb
Deputat peyvənd olundu: Özümü yaxşı hiss edirəm!
Bakıda yanan binada zərər çəkmiş ailələr kirayə mənzillə təmin olunacaq - Dövlət komitəsi
Son iki gündə Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinə 6 nəfər yerləşdirilib
Bakıda havanın temperaturu mənfi 6 dərəcəyə enib
Ermənilərin aqrar sahəmizə vurduğu ziyan on milyard manatlarla ölçülür - Komitə sədri
Əfv Komissiyasının iclası keçirilir
UNEC-də Xocalı Soyqırımına həsr olunan beynəlxalq seminar keçiriləcək
İranda son sutkada 73 nəfər koronavirusdan ölüb
Uşaqların tərbiyəsində möhkəm bünövrənin qurulması
Suyun orqanizm üçün faydaları
Azərbaycan alimləri nitqin tanınması sistemlərini hazırlayıblar
Azərbaycanda son sutkada 145 nəfər COVID-19-dan sağalıb, 220 nəfər yoluxub, 2 nəfər vəfat edib
Sosial şəbəkələrdə haqqında foto paylaşılan evsiz sığınacağa yerləşdirilib
Sumqayıtda ictimai nəqliyyat işləyir - İcra hakimiyyəti (FOTO)
Son iki gündə Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinə 6 nəfər yerləşdirilib
AMEA-nın yaşı 65-dən çox olan əməkdaşları peyvənd olunub
“Karvan-L” maşın və avadanlıq istehsalatında yenilik etməyə davam edir (FOTO)
Azər Türk Bankın ən sərfəli kartı - ATB CARD
Belçikada Xocalı soyqırımının qurbanları yad edilib (FOTO)
Bakı-Şamaxı yolunda avtomobillər yolda qalıb (VİDEO)
Parlamentdə Xocalı soyqırımı ilə bağlı məsələ ön plana çəkilib
Ermənistanda hərbi hissədə qiyam - Əsgərlər xidmətdən qaçır
Aİ-nin xüsusi nümayəndəsi Azərbaycana gələcək
Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması istiqamətində görülmüş işlər müzakirə edilib
Deputatların bir qrupu peyvənd olunub
Türkiyəli həkimlər qazilərimizin müayinəsini davam etdirir (FOTO)
Maştağada qəza olub, qaz təchizatı alternativ xətlə təmin olunub (VİDEO)
Sabah hava necə olacaq? - Proqnoz
Kiyevdə Ukrayna dilinə tərcümə olunmuş “Xocalı: Soyqırımının xronikası” kitabının təqdimatı olub (FOTO)
Buzlaşma və yüklənmə səbəbindən bəzi yerlərdə elektrik verilişi kəsilib - “Azərişıq”
Bakıda yataqxanadakı yanğın söndürülüb (FOTO)
Qazla bağlı ən çox müraciətlər Xəzər, Sabunçu, Binəqədi rayonlarından olub
Paşinyan Rusiyanı İTTİHAM edir: "İskəndər" partlamadı
Vətən müharibəsi zamanı Su-25 və döyüş helikopterləri düşməni belə məhv edib (FOTO/VİDEO)
Gecə küçədə yatan şəxs evsiz yox, sərxoş olub - Agentlik
Abşeron İcra Hakimiyyətindən həbslərlə bağlı xəbərlərə münasibət
Qarlı hava şəraiti sığınacaqda yerləşənlərin sayının artmasına səbəb olmayıb - Agentlik
Vətən Müharibəsi iştirakçısı barəsində həbs qərarı ev dustaqlığı ilə əvəz edilib
Modul Tipli Hospitalda qanunsuz işdən çıxarılma və maaşların gecikməsi iddialarına aydınlıq gətirildi
“Xocalıya ədalət” kampaniyası çərçivəsində petisiya yayılıb
Xocavənd rayonunun Ağdam kəndi (FOTO/VİDEO)
İsmayıllı-Qəbələ-Şəki yolunun bir hissəsində çətinliklər yaranıb (VİDEO)
Bakıda qarın hündürlüyü 20 sm-dir - FAKTİKİ HAVA
Qar və külək Bakı aeroportunun işinə təsir göstərməyib
Bakıda heroin alverçiləri qapı-pəncərə sexini qarət etdi
Daxili bazar araşdırmasının aparılmasına dövlət dəstəyi göstərilir
Son 9 ildə Bakıda belə kəskin hava şəraiti qeydə alınmayıb - Nazirlik
FHN qarlı hava ilə bağlı əhaliyə müraciət edib
Qarlı hava şəraiti ilə bağlı bəzi ərazilərdə su sayğacları donub - Azərsu
Əli Əsədov Gürcüstanın yeni baş nazirini təbrik edib
Bakıda 8-9 dərəcə şaxta gözlənilir - Umayra Tağıyeva
Ermənistan minalanmış ərazilərin xəritəsini verməməklə növbəti cinayət törədir - Deputat
Bütün xəbərlər