...

Birləşmiş Ərəb Əmirliklərində Heydər Əliyev və Prezident İlham Əliyevə həsr olunmuş kitabların təqdimatı olub

Siyasət Materials 7 Oktyabr 2013 15:42 (UTC +04:00)
“Dubai Mall” ticarət mərkəzində, dünyada tanınmış beynəlxalq kitab şəbəkələrindən biri olan “Kino Kuniya” kitab mağazasında britaniyalı yazıçı Graeme Vilsonun Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev və Prezident İlham Əliyevə həsr etdiyi “HEYDAR. The rise and fall and rise again of Heydar Aliyev and Azerbaijan” və “ILHAM. PORTRAIT OF A PRESİDENT. The President of Azerbaijan, his struggle for peace and vision of the future” kitabların təntənəli təqdimat mərasimi keçirilib.
Birləşmiş Ərəb Əmirliklərində Heydər Əliyev və Prezident İlham Əliyevə həsr olunmuş kitabların təqdimatı olub

Azərbaycan, Bakı, 7 oktyabr / Trend, müxbir S.Əhmədova /

"Dubai Mall" ticarət mərkəzində, dünyada tanınmış beynəlxalq kitab şəbəkələrindən biri olan "Kino Kuniya" kitab mağazasında britaniyalı yazıçı Graeme Vilsonun Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev və Prezident İlham Əliyevə həsr etdiyi "HEYDAR. The rise and fall and rise again of Heydar Aliyev and Azerbaijan" və "ILHAM. PORTRAIT OF A PRESİDENT. The President of Azerbaijan, his struggle for peace and vision of the future" kitabların təntənəli təqdimat mərasimi keçirilib.

Trend-in məlumatına görə, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi Azərbaycanın Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərindəki Baş Konsulluğuna istinadən xəbər verir.

Məlumatda qeyd olunur ki, dünyanın ən nüfuzlu nəşriyyatlarından biri olan Media Prima və Azərbaycanın Dubaydakı Baş konsulluğunun birgə təşkilatçılığı ilə keçirilmiş həmin mərasimdə Dubayda akkreditə olunmuş diplomatlar, diaspor üzvləri, mətbuat və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mərasimin açılışında sözügedən kitabların müəllifi G.Vilson, ölkəmizin BƏƏ-dəki səfiri Elxan Qəhrəman və Dubaydakı Baş konsul Pərviz İsmayılzadə çıxış ediblər.

Baş konsul P.İsmayılzadə çıxışında ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətlərindən bəhs etmiş, onun siyasi kursunu bütün sahələrdə uğurla həyata keçirən Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımızın tarixi nailiyyətlərə imza atdığını, Azərbaycanın regionda lider dövlətə çevrildiyini qeyd edib.

Tədbirdə ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyevin fəaliyyətlərindən, Azərbaycanın əldə etdiyi nailiyyətlərdən bəhs edən fotoslayd və sənədli film nümayiş etdirilmiş, Azərbaycanın klassik musiqiləri səsləndirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti