Azərbaycan, Bakı, 7 oktyabr /Trend, müxbir M.Əliyev/
Asəf Quliyevin prezidentliyə namizəd Cəmil Həsənlinin səlahiyyətli nümayəndəsi kimi qeydiyyatı ləğv edilib.
Trend-in məlumatına görə, bu barədə qərar Mərkəzi Seçki Komissiyasımın bazar ertəsi keçirilən iclasında qəbul olunub.
Qeyd edək ki, bir neçə gün öncə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini A.Quliyev partiyadan və Milli Şuradan istefa vermişdi.