...

Azərbaycanda prezident seçkilərini Qazaxıstan nümayəndələri də müşahidə edəcəklər

Siyasət Materials 7 Oktyabr 2013 17:36 (UTC +04:00)
Qazaxıstan nümayəndələri Azərbaycanda prezident seçkilərini müşahidə missiyasının tərkibində iştirak edəcəklər.
Azərbaycanda prezident seçkilərini Qazaxıstan nümayəndələri də müşahidə edəcəklər

Azərbaycan, Bakı, 7 oktyabr /Trend/

Qazaxıstan nümayəndələri Azərbaycanda prezident seçkilərini müşahidə missiyasının tərkibində iştirak edəcəklər. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi "Novosti-Qazaxıstan" informasiya agentliyi Qazaxıstan Prezidenti yanında Mərkəzi Kommunikasiya Xidmətinin rəsmi nümayəndəsi Altay Abibullayeva istinadən xəbər verir.

Abibullayev brifiniqdə bildirib: "Oktyabrın 9-da Qazaxıstan nümayəndələri beynəlxalq müşahidəçilər qrupunun tərkibində Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə prosesində iştirak edəcəklər".

Onun sözlərinə görə, Senat və Məclis (Qazaxıstan parlamentinin yuxarı və aşağı palatası), Mərkəzi Seçki Komissiyası, Xarici İşlər Nazirliyinin hərəsindən bir nəfər olmaqla, Azərbaycanda prezident seçkilərini Qazaxıstandan olan 49 nümayəndə izləyəcək".

Qeyd edək ki, Azərbaycanda prezident seçkiləri oktyabrın 9-da keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti