...

Azərbaycan və Rusiya prezidentləri arasında telefon danışığı olub

Siyasət Materials 7 Oktyabr 2013 22:04 (UTC +04:00)
Oktyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng etmişdir.
Azərbaycan və Rusiya prezidentləri arasında telefon danışığı olub

Azərbaycan, Bakı, 7 oktyabr /Trend/

Oktyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng etmişdir.

Dövlətimizin başçısı Vladimir Putini ad günü münasibətilə təbrik etmiş, ona prezidentlik fəaliyyətində yeni-yeni uğurlar və möhkəm cansağlığı arzulamışdır.

Rusiya Federasiyasının Prezidenti göstərilən diqqətə və təbrikə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirmişdir.

Telefon söhbəti zamanı Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edilmiş, yüksək səviyyədə qarşılıqlı səfərlərin əhəmiyyətinə toxunularaq Rusiya Federasiyası Prezidentinin bu yaxınlarda Azərbaycana səfərinin əlaqələrimizin daha da möhkəmlənməsi baxımından önəmi vurğulanmışdır.

Dövlət başçıları münasibətlərimizin bundan sonra da inkişaf edəcəyinə əmin olduqlarını bildirmişlər.

Xəbər lenti

Xəbər lenti