...

Azərbaycanın hakim partiyası bəzi müxalifət qəzetlərinin Seçki Məcəlləsini pozduqlarına görə MSK-ya müraciət edib

Siyasət Materials 8 Oktyabr 2013 11:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 oktyabr /Trend, müxbir E.Mehdiyev/

Azərbaycan Respublikası Seçki Məcəlləsinin 75.1 maddəsinə əsasən, səsvermə günü və ondan əvvəlki gün hər hansı seçkiqabağı təşviqat aparmaq qadağandır. Trend-in hakim Yeni Azərbaycan Partiyasının saytına istinadən verdiyi məlumata görə, buna baxmayaraq, "Azadlıq" qəzetinin 8 oktyabr 2013-cü il tarixli sayında və "Yeni Müsavat" qəzetinin 8 oktyabr tarixli sayında qanunun bu maddəsi kobud surətdə pozularaq prezidentliyə namizədliyi "Milli Şura" deyilən qurum tərəfindən irəli sürülmüş Cəmil Həsənlinin seçki təşviqatına həsr edilmiş geniş materiallar dərc edilib.

Adıçəkilən hər iki qəzetin səhifələrində prezidentliyə namizəd Cəmil Həsənlinin təbliğinə yönəlmiş geniş materillar verilmiş, adıçəkilən namizədin digər prezidentliyə namizədlər əleyhinə çağırışları dərc edilib.

Qeyd etmək lazımdır ki, "Yeni Müsavat" qəzetində Seçki Məcəlləsinin tələblərinin kobud pozuntusunu ehtiva edən daha bir reklam - prezidentliyə namizəd İqbal Ağazadənin seçkiqabağı təbliğat materialı yerləşdirilib.

Yeni Azərbaycan Partiyası bütün bu qanun pozuntularının araşdırılması və hüquqi qiymət verilməsi üçün Mərkəzi Seçki Komissiyasına məktubla müraciət etmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti