...

Azərbaycan Parlamentinin spikeri Oqtay Əsədov səsvermədə iştirak edib

Siyasət Materials 9 Oktyabr 2013 10:58 (UTC +04:00)
Azərbaycan Parlamentinin spikeri Oqtay Əsədov prezident seçkisində səsvermədə iştirak edib.
Azərbaycan Parlamentinin spikeri Oqtay Əsədov səsvermədə iştirak edib

Azərbaycan, Bakı, 9 oktyabr /Trend, müxbir E.Mehdiyev/

Azərbaycan Parlamentinin spikeri Oqtay Əsədov prezident seçkisində səsvermədə iştirak edib. Trend-in məlumatına görə, Milli Məclisin spikeri Oqtay Əsədov 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 22 saylı məntəqəsində səs verib.

O.Əsədov səsverməyə ailə üzvləri ilə birgə gəlib.

Spiker jurnalistlərə açıqlama verməyib.

Bu gün Azərbaycanda prezident seçkiləri keçirilir.

Prezident seçkisində 10 namizəd mübarizə aparır. Bunlar Yeni Azərbaycan Partiyasından (YAP) partiyanın sədri, Azərbaycan Prezidenti İlham Əliyev, Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə, öz təşəbbüsü ilə namizədliyini irəli sürmüş, deputat Zahid Oruc, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev, "Demokratik Qüvvələrin Milli Şurası" Seçicilərin Təşəbbüs Qrupu tərəfindən namizədliyi irəli sürülmüş Cəmil Həsənli, Ədalət Partiyasının sədri, deputat İlyas İsmayılov, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğludur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti