...

Beynəlxalq müşahidəçilər: Azərbaycanda keçirilən prezident seçkiləri demokratik və sakit keçir

Siyasət Materials 9 Oktyabr 2013 14:28 (UTC +04:00)
Azərbaycanda keçirilən prezident seçkiləri demokratik və sakit keçir. Bu barədə Trend-ə Avropa Akademiyasının müşahidə missiyasının üzvləri bildiriblər.
Beynəlxalq müşahidəçilər: Azərbaycanda keçirilən prezident seçkiləri demokratik və sakit keçir

Azərbaycan, Bakı, 9 oktyabr/ Trend, müxbir A.Axundov/

Azərbaycanda keçirilən prezident seçkiləri demokratik və sakit keçir. Bu barədə Trend-ə Avropa Akademiyasının müşahidə missiyasının üzvləri bildiriblər.

Avropa Akademiyasının Bosniyadan olan müşahidəçisi Nermina Kapetanovic və Makedoniyadan olan müşahidəçisi Hristina Runcheva keçirilən prezident seçkilərində seçici aktivliyinin qanedici olduğunu qeyd ediblər:

"Olduğumuz seçki məntəqələrinin əksəriyyətindən çox yaxşı və müsbət rəylərlə ayrılmışıq. Heç bir şikayət yoxdur. İndiyə kimi 11 seçki məntəqəsində olmuşuq".

Qeyd edək ki, bu gün Azərbaycanda prezident seçkiləri keçirilir.

Prezident seçkisində 10 namizəd mübarizə aparır. Bunlar Yeni Azərbaycan Partiyasından (YAP) partiyanın sədri, Azərbaycan Prezidenti İlham Əliyev, Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə, öz təşəbbüsü ilə namizədliyini irəli sürmüş, deputat Zahid Oruc, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev, "Demokratik Qüvvələrin Milli Şurası" Seçicilərin Təşəbbüs Qrupu tərəfindən namizədliyi irəli sürülmüş Cəmil Həsənli, Ədalət Partiyasının sədri, deputat İlyas İsmayılov, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğludur.

Azərbaycanın Mərkəzi Seçki Komissiyası tərəfindən 5 145 643 seçici qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti