...

ABŞ-dan olan müşahidəçi Azərbaycanda keçirilən seçkilərin gedişatından razıdır

Siyasət Materials 9 Oktyabr 2013 14:29 (UTC +04:00)
Azərbaycanda keçirilən prezident seçkiləri çox şəffafdır. Hər şey insanların gözü qabağında keçirilir. Trend-in məlumatına görə, bunu jurnalistlərə ABŞ-dan olan beynəlaxlaq müşahidəçi, iqtisadiyyat üzrə professor David Podoff bildirib.
ABŞ-dan olan müşahidəçi Azərbaycanda keçirilən seçkilərin gedişatından razıdır

Azərbaycan, Bakı, 9 oktyabr /Trend, müxbir S.Əhmədova/

Azərbaycanda keçirilən prezident seçkiləri çox şəffafdır. Hər şey insanların gözü qabağında keçirilir. Trend-in məlumatına görə, bunu jurnalistlərə ABŞ-dan olan beynəlaxlaq müşahidəçi, iqtisadiyyat üzrə professor David Podoff bildirib.

David Podoff deyib ki, onlar bütün proseslərin canlı şahidi olurlar. Beynəlxalq müşahidəçi Azərbaycanda seçicilərin iştirakının Amerika ilə müqayisədə daha çox olduğunu deyib: "Bu da ölkənin gələcəyi üçün çox şey deməkdir. Bir təhsil işçisi kimi deyə bilərəm ki, mən məsələlərə fərqli prizmadan da baxıram. Seçki məntəqələrinin binalarından, onların məktəblərdə qurulmasından çox təsirlənmişəm. Bu onu sübut edir ki, ölkənin gələcəyi onun təhsilli gənclərindən asılıdır. Bu seçki prosesini 5 ballıq şkala ilə 4.5 balla dəyərləndirirəm".

Qeyd edək ki, bu gün Azərbaycanda prezident seçkiləri keçirilir.

Prezident seçkisində 10 namizəd mübarizə aparır. Bunlar Yeni Azərbaycan Partiyasından (YAP) partiyanın sədri, Azərbaycan Prezidenti İlham Əliyev, Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə, öz təşəbbüsü ilə namizədliyini irəli sürmüş, deputat Zahid Oruc, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev, "Demokratik Qüvvələrin Milli Şurası" Seçicilərin Təşəbbüs Qrupu tərəfindən namizədliyi irəli sürülmüş Cəmil Həsənli, Ədalət Partiyasının sədri, deputat İlyas İsmayılov, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğludur.

Azərbaycanın Mərkəzi Seçki Komissiyası tərəfindən 5 145 643 seçici qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti