...

MSK sədri: Sosial şəbəkələrin imkanlarından istifadə edib yalan yazmaq əxlaqsızlıqdır

Siyasət Materials 9 Oktyabr 2013 15:14 (UTC +04:00)
Sosial şəbəkələrin imkanlarından istifadə edib yalan yazmaq əxlaqsızlıqdır. Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirdiyi mətbuat konfransında bildirib.
MSK sədri: Sosial şəbəkələrin imkanlarından istifadə edib yalan yazmaq əxlaqsızlıqdır

Azərbaycan, Bakı, 9 oktyabr /Trend, müxbir M.Əliyev/

Sosial şəbəkələrin imkanlarından istifadə edib yalan yazmaq əxlaqsızlıqdır. Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirdiyi mətbuat konfransında bildirib.

M.Pənahov qeyd edib ki, hansısa monitorinq qrupunun hazırladığı məlumatları MSK adından yayıblar:

"Guya komissiya əvvəlcədən nəticələrlə bağlı məlumat yerləşdirib. Onlar elə fikirləşirlər ki, dəvəquşu başını quma salsa da, heç kim onu görmür".

MSK sədri deyib ki, təxribat xarakterli addım atanlar çox ciddi şəkildə xəbərdarlıq edilməlidir: "Ancaq bütün bu məsələlər bizim işimizə kölgə sala bilməz".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti