...

Avropa Parlamentinin üzvü: Azərbaycanda keçirilən prezident seçkilərində heç bir saxtakarlıq müşahidə etməmişik

Siyasət Materials 9 Oktyabr 2013 16:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 oktyabr /Trend, müxbir S.Əhmədova/

"Azərbaycanda keçirilən prezident seçkilərində başqa ölkələrdə olduğu kimi seçki saxtakarlığı ilə qarşılaşmamışıq". Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Bolqarıstandan olan beynəlxalq müşahidəçi, Avropa Parlamentinin üzvü Slavtçko Pentelev Binev bildirib.

Bolqarıstanlı müşahidəçi deyib: "Buradakı seçkiləri öz ölkəmdəki ilə müqayisə etmək istəyirəm. Məncə buradakı seçkilər bizdəki seçkilərdən daha ədalətlidir. Bu mənim şəxsi fikrimdir. Çünki biz yalnız bir neçə məntəqədə olmuşuq. Düşünürəm ki, hər şey qaydasındadır və normaldır. Mən seçkiqabağı hazırlıqları da dəyərləndirmək istəyirəm. Belə bir məlumatım var ki, seçkilərdən əvvəl bütün namizədlərə özlərini ifadə etmək üçün mediada şərait yaradılıb".

S.P.Binevin sözlərinə görə, əhalinin iştirakı çox intensivdir: "Hətta sıxlıq ucbatından bir məntəqəyə daxil ola bilmədik. Daha sonra başqa məntəqəyə getdik, nisbətən sakit idi. Prosesləri izləmə şansı əldə etdik".

Qeyd edək ki, bu gün Azərbaycanda prezident seçkiləri keçirilir.

Prezident seçkisində 10 namizəd mübarizə aparır. Bunlar Yeni Azərbaycan Partiyasından (YAP) partiyanın sədri, Azərbaycan Prezidenti İlham Əliyev, Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə, öz təşəbbüsü ilə namizədliyini irəli sürmüş, deputat Zahid Oruc, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev, "Demokratik Qüvvələrin Milli Şurası" Seçicilərin Təşəbbüs Qrupu tərəfindən namizədliyi irəli sürülmüş Cəmil Həsənli, Ədalət Partiyasının sədri, deputat İlyas İsmayılov, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğludur.

Azərbaycanın Mərkəzi Seçki Komissiyası tərəfindən 5 145 643 seçici qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti