...

Əli Əhmədov: Azərbaycan vətəndaşları özünü bu cür ortaya qoymuş müxalifətə biganəliyini təsdiq etdi

Siyasət Materials 9 Oktyabr 2013 21:45 (UTC +04:00)
Demokratik Qüvvələrin Milli Şurasının prezidentliyə namizədi Cəmil Həsənlinin seçki qərargahı nəsə uydura bilər, Mərkəzi Seçki Komissiyası bununla bağlı ciddi araşdırmalar aparır və gerçək vəziyyəti ortaya qoyacaq.
Əli Əhmədov: Azərbaycan vətəndaşları özünü bu cür ortaya qoymuş müxalifətə biganəliyini təsdiq etdi

Azərbaycan, Bakı, 9 oktyabr /Trend, müxbir E.Mehdiyev/

Demokratik Qüvvələrin Milli Şurasının prezidentliyə namizədi Cəmil Həsənlinin seçki qərargahı nəsə uydura bilər, Mərkəzi Seçki Komissiyası bununla bağlı ciddi araşdırmalar aparır və gerçək vəziyyəti ortaya qoyacaq. Trend-in məlumatına görə, bunu hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini - icra katibi Əli Əhmədov seçkidən sonra keçirdiyi mətbuat konfransında səslənən ittihamları cavablandırarkən deyib.

YAP-ın sədr müavini Əli Əhmədov bildirib ki, əgər C.Həsənli belə fəaliyyətə, gücə malik idisə, elə seçki kampaniyası dövründə bunu göstərə bilərdi və bu gün də belə bir çətin duruma düşməzdi:

"Təbii ki, müxalifətin vahid namizəd elan etdiyi Cəmil Həsənlinin belə bir vəziyyətə düşməsi təkcə onların secki kampaniyası zamanı zəif olmaları ilə deyil, eyni zamanda, Azərbaycan vətəndaşlarının onlara inanmaması ilə bağlıdır. Çünki onlar Azərbaycanın gələciyi ilə baglı heç bir təsəvvürə malik deyillər".

YAP-ın sədr müavini deyib: "O ki qaldı seçki kampaniyası ilə əlaqədar guya hansısa nöqsanların olması məsələsinə, bunların hamısı MSK tərəfindən ciddi araşdrılacaq".

Onun sözlərinə görə, YAP-ın bütün üzvləri bütün seçki məntəqələrində secki prosesini tam izləyiblər: "Səsvermə zamanı seçkinin nəticəsinə azacıq da olsa təsir edən hec bir qanun pozuntusuna yol verilməyib".

Ə.Əhmədov qeyd edib ki, əgər onlar aksiyalar kecirmək istəyirlərsə, bunun üçün lazımi yerlər ayrılıb. Amma onların ötən aksiyalarında insanların onlara münasibəti bəlli oldu: "Azərbaycan vətəndaşları özünü bu cür ortaya qoymuş müxalifətə biganəliyini təsdiq etdi. Elə aksiya istirakçılarının sayı da bunu büruzə verdi".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti