Azərbaycan, Bakı, 9 oktyabr /Trend, müxbir M.Əliyev/
Azərbaycanın istifadə etdiyi seçki üzrə müasir texnologiyalardan dünyanın bir çox ölkələri ilə yanaşı, Rusiyada da istifadə olunmur. Trend-in məlumatına görə, bunu Azərbaycanda prezident seçkilərində müşahidəçi kimi iştirak edən Rusiya Federasiyası Dövlət Dumasının Beynəlxalq məsələlər komitəsinin sədr müavini Svetlana Julova jurnalistlərə bildirib.
O qeyd edib ki, səsvermə zamanı heç bir qanun pozuntusu müşahidə edilməyib:
"Müşahidəm zamanı gördüklərim mənə səsvermənin açıq, demokratik və qanunauyğun şəkildə keçirildiyi barədə danışmağa əsas verir".