...

Necdət Ünüvar: Azərbaycanda prezident seçkiləri şəffaf və demokratik keçirildi

Siyasət Materials 10 Oktyabr 2013 17:12 (UTC +04:00)
Azərbaycanda prezident seçkiləri şəffaf və demokratik keçirildi. Trend-in məlumatına görə, bunu Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Necdət Ünüvar mətbuat konfransında jurnalistlərə bildirib.
Necdət Ünüvar: Azərbaycanda prezident seçkiləri şəffaf və demokratik keçirildi

Azərbaycan, Bakı, 10 oktyabr /Trend, müxbir R.Hafizoglu/

Azərbaycanda prezident seçkiləri şəffaf və demokratik keçirildi. Trend-in məlumatına görə, bunu Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Necdət Ünüvar mətbuat konfransında jurnalistlərə bildirib.

Onun sözlərinə görə, seçki prosesini izləmək üçün Türkiyədən Azərbaycana 35 nəfərlik nümayəndə heyəti gəlib: "Türkiyədən bu qədər müşahidəçinin Azərbaycandakı seçkilərdə iştirak etməsi Türkiyənin Azərbaycana verdiyi önəmin göstəricisidir".

Qeyd edək ki, oktyabrın 9-da Azərbaycanda prezident seçkiləri keçirilib.

Prezident seçkisində 10 namizəd mübarizə aparıb. Onlar Yeni Azərbaycan Partiyasından (YAP) partiyanın sədri, Azərbaycan Prezidenti İlham Əliyev, Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə, öz təşəbbüsü ilə namizədliyini irəli sürmüş, deputat Zahid Oruc, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev, "Demokratik Qüvvələrin Milli Şurası" Seçicilərin Təşəbbüs Qrupu tərəfindən namizədliyi irəli sürülmüş Cəmil Həsənli, Ədalət Partiyasının sədri, deputat İlyas İsmayılov və Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğludur.

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov çərşənbə günü seçkilərin yekununa dair keçirdiyi brifinqdə bəyan edib ki, ümumilikdə Azərbaycan seçicilərinin 72,31 faizi səsvermədə iştirak edib. MSK-nın məlumatına görə, Azərbaycanın hazırkı dövlət başçısı, Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyev məntəqələrin 99,53 faizindən daxil olan protokollara əsasən 84,59 faiz səslə qalib gəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti