...

Fransua Olland Türkiyəyə səfər edəcək

Siyasət Materials 13 Oktyabr 2013 07:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 oktyabr /Trend/

Fransa Prezidenti Fransua Olland yaxın vaxtlarda Türkiyəyə səfər edəcək. Trend "Zaman" qəzetinə istinadən məlumat verir ki, bunu Türkiyədə rəsmi səfərdə olan inkişaf və sənaye naziri Arno Montebur deyib.

O, qeyd edib ki, Türkiyə regionun inkişafında vacib rol oynayır: "Türkiyə sənaye, iqtisadiyyat, incəsənət və digər sahələrdə əhəmiyyətli uğurlar əldə edən böyük ölkədir".

Nazirin səfəri zamanı iki ölkə arasında iqtisadiyyat sahəsində əməkdaşlıq və qarşılıqlı investisiya imkanları müzakirə olunub.

Xəbər lenti

Xəbər lenti