...

Prezident İlham Əliyevin ünvanına təbriklər gəlməkdə davam edir

Siyasət Materials 16 Oktyabr 2013 17:55 (UTC +04:00)
Çex Respublikasının Prezidenti Miloş Zeman Azərbaycanın dövlət başçısı İlham Əliyevi yenidən Prezident seçilməsi münasibətilə təbrik edib.
Prezident İlham Əliyevin ünvanına təbriklər gəlməkdə davam edir

Azərbaycan, Bakı, 16 oktyabr /Trend/

Çex Respublikasının Prezidenti Miloş Zeman Azərbaycanın dövlət başçısı İlham Əliyevi yenidən Prezident seçilməsi münasibətilə təbrik edib.

Təbrikdə deyilir: "Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə səmimi təbriklərimi və yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Ölkələrimiz arasında dostluq münasibətlərinin, həmçinin ticarət əlaqələrinin yüksək səviyyədə olmasından məmnunluq duyuram.

2012-cil ildə ticarət dövriyyəmiz 1,38 milyard avroya çatmışdır. Əminəm ki, bu müsbət meyil gələcəkdə də davam edəcək və çex şirkətləri üçün Azərbaycanda biznes imkanları daha da artacaqdır.

Zati-aliləri, Sizə möhkəm cansağlığı, şəxsi həyatınızda və ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram".

XXX

İnquşetiya Respublikasının başçısı Yunusbek Yevkurovdan:

"Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Bu ali dövləti vəzifəyə yenidən seçilməyiniz yüksək nüfuzunuzu, sülhə, sabitliyə, firavanlığa və sosial-iqtisadi inkişaf kursunun davam etdirilməsinə olan ümidlərini Sizin adınızla bağlayan Azərbaycan əhalisinin peşəkarlığınıza, bacarığınıza inamını təsdiq edir.

Əminəm ki, Azərbaycan Respublikasının və İnquşetiya Respublikasının xalqları arasındakı tarixi qardaşlıq münasibətləri möhkəmlənəcək və dinamik inkişaf edəcəkdir.

Hörmətli İlham Heydər oğlu, Sizə səmimiyyətlə cansağlığı, xoşbəxtlik, rifah, bütün işlərinizdə və təşəbbüslərinizdə uğurlar arzulayıram".

XXX

Rusiya Federasiyasının Vladimir vilayətinin qubernatoru Svetlana Orlovadan:

"Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə ən səmimi və ürəkdən gələn təbriklərimi qəbul edin.

Seçkilərin nəticələri milli lider kimi Sizin böyük nüfuzunuzu aşkar şəkildə nümayiş etdirdi və Azərbaycan xalqının ali dövləti vəzifədə Sizin ölkənin sosial və iqtisadi inkişafına yönəlmiş çoxşaxəli fəaliyyətinizi yüksək qiymətləndirdiyini göstərdi.

Əminəm ki, Azərbaycan Respublikası vətəndaşlarının etimadı və böyük dəstəyi Sizin üçün etibarlı dayaq olacaq, ölkənin rifahı və çiçəklənməsi naminə səmərəli işinizdə Sizə güc verəcəkdir.

Hörmətli İlham Heydər oğlu, Sizə müvəffəqiyyətlər, tükənməz enerji, möhkəm cansağlığı, rifah və nəzərdə tutduğunuz bütün planların həyata keçməsini arzulayıram".

XXX

BMT baş katibinin müavini, Cenevrə ofisinin rəhbəri Kasım-Comart Tokayevdən:

"Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edir və bu ali dövləti vəzifədə Sizə uğurlar arzulayıram.

Əminəm ki, Sizin yeni prezidentlik dövrünüz Təhlükəsizlik Şurasının üzvü kimi Azərbaycanın sülhün, inkişafın və insan hüquqlarının daha etibarlı qorunması məsələlərində qlobal rolunun güclənməsi üçün imkan yaradacaqdır.

Birləşmiş Millətlər Təşkilatı hamı üçün daha yaxşı dünya qurmaq səylərini davam etdirir və bu məqsədə çatmaq işində ölkənizin sadiqliyi çox vacibdir. Azərbaycanın Birləşmiş Millətlər Təşkilatının Cenevrə ofisinə verdiyi dəstəyi yüksək qiymətləndirirəm və bu səylərin gələcəkdə daha da güclənəcəyinə inanıram.

Zati-aliləri, Sizə öz dərin ehtiramımı bildirirəm".

XXX

BMT-nin Cenevrə ofisinin mədəniyyət məsələləri komitəsinin sədri David Çikvaidzedən:

"Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Siz xalqınızdan güclü, inamlı və yüksək nəticələr gözlənilən mandat almısınız.

Böyük atanız və müasir Azərbaycanın banisi Heydər Əliyevin siyasi irsinə əsaslanan Sizin müdrik, balanslaşdırılmış və prinsipial rəhbərliyiniz altında sabitlik və tərəqqi yolu ilə irəliləyən ölkəniz regional güc mərkəzinə, siyasi, iqtisadi, təhlükəsizlik və enerji sahələrində əsas oyunçuya çevrilmişdir.

Ali dövləti vəzifənizdə Sizə böyük uğurlar və ölkənizə gələcək illərdə yeni nailiyyətlər arzulayıram".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti