...

Azərbaycan Prezidentinin ünvanına təbriklər gəlməkdə davam edir (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 17 Oktyabr 2013 19:24 (UTC +04:00)
Moldova Respublikasının Prezidenti Nikolaye Timofti Azərbaycanın dövlət başçısı İlham Əliyevi yenidən Prezident seçilməsi münasibətilə təbrik edib.
Azərbaycan Prezidentinin ünvanına təbriklər gəlməkdə davam edir (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 17 oktyabr /Trend/

Moldova Respublikasının Prezidenti Nikolaye Timofti Azərbaycanın dövlət başçısı İlham Əliyevi yenidən Prezident seçilməsi münasibətilə təbrik edib.

Təbrikdə deyilir: "Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə ən səmimi və ürəkdən gələn təbriklərimi qəbul edin.

Əmin olduğumu bildirirəm ki, ali dövləti vəzifədə Sizin fəaliyyətiniz Azərbaycanın daha da çiçəklənməsinə, həmçinin Moldova Respublikası ilə Azərbaycan Respublikası arasında qarşılıqlı faydalı əməkdaşlığın ölkələrimizin və xalqlarımızın rifahı naminə inkişafına kömək edəcəkdir.

Zati-aliləri, Sizə möhkəm cansağlığı və fəaliyyətinizdə yeni uğurlar arzulayıram. Xahiş edirəm, Sizə ən yüksək ehtiram bəslədiyimə əmin olasınız".

XXX

Sloveniya Respublikasının Prezidenti Borut Pahordan:

"Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edir, ölkənizə tərəqqi və çiçəklənmə arzu edirəm. Sizə ali dövləti vəzifədə uğurlar diləyirəm.

Mən Azərbaycan və Sloveniya arasında dostluq əlaqələrinin bundan sonra da bütün istiqamətlərdə uğurla davam edəcəyinə əminəm. Əminəm ki, ölkələrimiz arasındakı faydalı əməkdaşlıq dünyada sülhün və stabilliyin möhkəmlənməsinə töhfə verəcəkdir.

Xahiş edirəm, cənab Prezident, Sizə olan ən səmimi ehtiramımı qəbul edin".

XXX

Xorvatiyanın sabiq Prezidenti Stepan Mesiçdən:

"Yenidən Prezident seçilməyiniz münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Xalqın Sizə dərin etimadı ona əsaslanır ki, Sizin prezidentliyinizin əvvəlki dövründə fəaliyyətiniz uğurlu olmuşdur. Əminəm ki, Sizin yeni prezidentlik müddətiniz də ölkəniz və xalqınız üçün müvəffəqiyyətli olacaq, eyni zamanda, regionunuzda sülhün möhkəmlənməsinə və sabitliyə öz töhfəsini verəcəkdir.

Sizə möhkəm cansağlığı və uğurlar arzulayıram".

XXX

Oktyabrın 17-də Yunanıstanın Baş naziri Antonis Samaras Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir.

Antonis Samaras prezident seçkilərində əldə etdiyi qələbə münasibətilə dövlətimizin başçısını təbrik etmiş, ona prezidentlik fəaliyyətində uğurlar arzulamışdır.

Dövlətimizin başçısı göstərilən diqqətə və təbrikə görə Yunanıstanın Baş nazirinə minnətdarlığını bildirmişdir.

Söhbət zamanı Azərbaycan ilə Yunanıstan arasında ikitərəfli münasibətlərin bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik ifadə olunmuşdur.

XXX

Lyublyana şəhərinin meri Zoran Yankoviçdən:

"Ölkənizdə keçirilmiş prezident seçkilərinin nəticələrindən çox məmnunam. Prezident seçilməyiniz münasibətilə səmimi təbriklərimi Sizə çatdırmaq istərdim.

Seçkilərdə qalib gəlmək həmişə ağır, gərgin, qətiyyətli, inadlı, səbirli bir iş, əməkdaşlıq, komanda ilə çalışmaq, həmkarlara dərin inam, həmrəylik, möhkəm dəlillər tələb edən və ən yaxşı nəticəyə hesablanan fəaliyyətdir. Əminəm ki, bu keyfiyyətlər zəminində ümumi məqsədlər naminə Azərbaycan Respublikasının inkişafı üçün səylərinizi davam etdirəcəksiniz.

Hörmətli cənab Prezident, Sizə işlərinizdə davamlı uğurlar arzulayıram.

Sizə ən yaxşı arzularımı çatdırır, tezliklə Lyublyanada görüşəcəyimizə ümid edirəm".

XXX

Sloveniya Respublikasının müdafiə naziri Roman Yakiçdən:

"İcazə verin, fürsətdən istifadə edərək yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə səmimi təbriklərimi çatdırım.

Qəti əminəm ki, ölkələrimiz arasındakı əməkdaşlıq bundan sonra da davam edəcək və daha da möhkəmlənəcəkdir.

Hörmətli cənab Prezident, ümidvaram ki, tezliklə Sloveniya Respublikasında Sizinlə görüşəcəyəm. Məlum olduğu kimi, 2013-cü ilin dekabrında Sloveniya Respublikası və Azərbaycan Respublikası həm bizim, həm də sizin Milli Qəhrəmanımız Mehdi Hüseynzadənin - Mixaylonun 95 illiyinə həsr olunan birgə tədbir keçirəcəkdir.

Ali dövləti vəzifənizdə Sizə uğurlar arzulayıram".

XXX

Beynəlxalq İdman Təşkilatları Konfederasiyasının prezidenti Boris Roqatindən:

"Seçkilərdə inamlı qələbəniz və yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Beynəlxalq İdman Təşkilatları Konfederasiyası İcraiyyə Komitəsinin adından səmimi qəlbdən təbrik edirəm.

MDB ölkələrinin idman ictimaiyyəti bu hadisəni xalqın Sizə etimadı və ölkənizin sosial inkişafına Sizin şəxsi töhfənizin qiymətləndirilməsi kimi qəbul edir. Bu inkişafda mühüm yer tutan bədən tərbiyəsi və idman proqramlarının Azərbaycan Respublikasında həyata keçirilməsi bütövlükdə Birlik ölkələri məkanına müsbət təsir göstərir.

Biz əminik ki, Sizin MDB-də yüksək mövqeyiniz və nüfuzunuz 2014-cü ildə Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində MDB ölkələrinin IX Beynəlxalq İdman Oyunlarının uğurla keçirilməsində də, əvvəlki illərdə olduğu kimi, idman təşkilatlarını dəstəkləməyə imkan verəcək, millətin sağlamlığı və xalqlar dostluğunun qorunub saxlanması üzrə səylərinizin real təcəssümü olacaqdır.

Sizə uğurlar diləyir, özünə layiqli rəhbər seçmiş Azərbaycan xalqına ən xoş arzularımızı bildiririk".

XXX

Rusiya Federasiyasının Kemerovo Vilayətinin qubernatoru Aman Tuleyevdən:

"Azərbaycan Respublikası Prezidenti seçkilərində qazandığınız inamlı qələbə münasibətilə Kemerovo Vilayət Administrasiyası, Xalq Deputatları Soveti və vilayətin bütün sakinləri adından, həmçinin şəxsən öz adımdan ən səmimi və hərarətli təbriklərimizi qəbul edin.

Sizə göstərilən ümumxalq dəstəyi son onillikdə Sizin rəhbərliyinizlə ölkənizin qazandığı inamlı nailiyyətlərin qardaş Azərbaycan xalqı tərəfindən etiraf olunmasına dəlalət edir. Bu dəstək Sizə göstərilən ən yüksək etimadı və yürütdüyünüz siyasətin ürəkdən bəyənilməsini ifadə edir. Sabitliyin və hüquqi qaydanın möhkəmlənməsinə yönəlmiş bu siyasət Azərbaycanın dinamik və fasiləsiz inkişaf, demokratik hüquqi dövlətçiliyin təkmilləşdirilməsi yolu ilə irəliləməsini təmin edir.

Siz XXI əsrin müasir lideri, güclü xarizmatik siyasi xadim, atanız Heydər Əlirza oğlu Əliyevin ən layiqli varisisiniz. Mən Heydər Əlirza oğlunu şəxsən tanıyırdım və onun görkəmli xidmətləri, şəxsiyyətinin miqyası, istedadı, dövlətə sədaqəti və doğma Azərbaycana atalıq qayğısı qarşısında indi də baş əyirəm.

Kuzbas ilə Azərbaycan Respublikasının əməkdaşlığını yüksək qiymətləndirirəm. Bu əməkdaşlığa görə biz Heydər Əlirza oğlunun fəal iştirakına borcluyuq.

Bu gün Siz atanızın dövlətçilik işini davam etdirir, MDB-də və bütün dünya birliyində haqlı olaraq möhkəm nüfuz qazanmış, güclü, müasir Azərbaycan dövlətinə qətiyyətlə rəhbərlik edirsiniz. Azərbaycanın yeni əsri və əlbəttə, onun ən yeni tarixi Sizin adınızla bağlıdır.

Hörmətli İlham Heydər oğlu!

Sizi sevən və ətrafınızda sıx birləşmiş Azərbaycan xalqına xidmət kimi nəcib işinizdə səmimi qəlbdən yeni uğurlar diləyimizi qəbul edin.

Sizə və ailənizə möhkəm cansağlığı və xoşbəxtlik arzu edirəm!"

XXX

ABŞ-ın çevik hesablamalar üzrə Berkli təşəbbüsünün direktoru, Kaliforniya Universitetinin professoru Lütfi Zadədən:

"Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

2003-cü ildən bəri Sizin uğurlu və uzaqgörən rəhbərliyiniz altında Azərbaycan inanılmaz dərəcədə inkişaf etmiş, xalqın isə firavan, əmin-aman həyatı daha da möhkəmlənmişdir.

Sizin enerji, nəqliyyat, mədəniyyət, informasiya-kommunikasiya texnologiyaları sahəsində həyata keçirdiyiniz uzaqgörən, müdrik daxili və xarici siyasətiniz Azərbaycana beynəlxalq nüfuz və şöhrət qazandırmışdır.

Azərbaycan regionda mühüm rol oynayan modelə çevrilmişdir. Azərbaycan xalqı çox xoşbəxtdir ki, Sizin kimi lideri vardır".

XXX

Bolqarıstan Respublikasının Baş naziri Plamen Oreşerskidən:

"İcazə verin, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməniz münasibətilə Bolqarıstan hökuməti adından və şəxsən öz adımdan Sizi təbrik edim, ən səmimi və xoş arzularımı çatdırım.

Bolqarıstan Azərbaycan ilə mövcud sıx əlaqələri yüksək qiymətləndirir və əmindir ki, bu əlaqələr xalqlarımızın rifahı naminə gələcəkdə də inkişaf edəcəkdir.

Əminəm ki, birgə səylərimiz vasitəsilə ənənəvi dost ölkələrimiz arasındakı ikitərəfli siyasi və mədəni dialoqun yüksək səviyyədə olması üçün geniş imkanlar yaradılacaqdır.

Zati-aliləri, bu gözəl fürsətdən istifadə edərək, Sizə cansağlığı, xoşbəxtlik və ali dövləti vəzifənizdə səmimi qəlbdən böyük uğurlar arzulayıram".

XXX

Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifaidən:

"Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Sizə cansağlığı və xoşbəxtlik, ölkənizə və xalqınıza firavanlıq və çiçəklənmə arzulayıram.

Əminəm ki, Sizin rəhbərliyiniz BMT-nin Dünya Turizm Təşkilatı ilə Azərbaycan arasında mövcud olan sıx dostluq əlaqələrinin bundan sonra da möhkəmlənməsinə daha güclü təkan verəcək və bizim sıx əməkdaşlığımızda yeni səhifə açacaqdır.

Azərbaycan hazırda Dünya Turizm Təşkilatı İcraiyyə Şurasının üzvüdür. Dünya Turizm Təşkilatı Avropa Komissiyasının 57-ci iclası 2014-cü ilin aprelində Bakıda keçiriləcəkdir. Azərbaycan hökuməti ölkənin dünyanın qlobal turizm məkanında güclü brend kimi tanınmasına böyük əhəmiyyət verir. Zati-alinizin yüksək dəstəyi bu mövqeni daha da möhkəmləndirir.

Hörmətli cənab Prezident, xahiş edirəm, mənim Sizə ən səmimi ehtiramlarımı və xoş arzularımı qəbul edin".

XXX

Bütün Gürcüstanın katolikos-patriarxı, Mtsxeta və Tbilisi arxiyepiskopu, Pitsunda və Suxumi-Abxaziya mitropoliti II İliyadan:

"Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Bu, onu təsdiq edir ki, Siz insanların etimadını və sevgisini qazanmısınız.

Düşünürük ki, dövlət idarəçiliyi işində Sizin böyük təcrübəniz bundan sonra da Cənubi Qafqazda sülhün və ölkələrimiz arasında dostluq münasibətlərinin möhkəmlənməsinə şərait yaradacaqdır.

Sizə uzun ömür, möhkəm cansağlığı və ali dövləti vəzifənizdə uğurlar diləyirik".

XXX

2002-2012-ci illərdə Bolqarıstan Respublikasının Prezidenti Georgi Pırvanovdan:

"Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə təbriklərimi qəbul edin. Seçkilərin nəticələri Sizin həyata keçirdiyiniz islahatların Azərbaycan xalqı tərəfindən dəstəklənməsinin əyani təsdiqidir. Prezident seçkilərində qələbəniz dost Azərbaycanın modernləşmə və demokratikləşmə yolunda irəliləyişini davam etdirmək üçün Sizə mandat verir.

Əminəm ki, Sizin yeni prezidentliyiniz dövründə Bolqarıstan-Azərbaycan münasibətləri yüksələn xətt üzrə inkişafını davam edəcəkdir. Bu gün energetika və iqtisadiyyat sahəsində əlaqələrimiz bizim dostcasına münasibətlərimizin, habelə Avropa İttifaqı ilə Azərbaycanın münasibətlərinin əsasını təşkil edir. Əminəm ki, mədəniyyət, elm və təhsil sahələrində, sosial sahədə, xalqlarımız arasında birbaşa əlaqələrin asanlaşdırılması yolunda hələ istifadə edilməmiş imkanlar vardır.

Sizə möhkəm cansağlığı və Azərbaycan xalqının rifahının yüksəldilməsinə, Bolqarıstan Respublikası ilə ikitərəfli əlaqələrin inkişafına yönəlmiş səylərinizdə uğurlar arzulayıram".

XXX

Macarıstan Respublikasının Baş naziri Viktor Orbandan:

"İcazə verin, Azərbaycan Respublikasının Prezidenti seçkilərində qazandığınız inamlı qələbə münasibətilə Sizi təbrik edim.

Azərbaycan son on ildə böyük inkişaf yolu keçmişdir. Bu inkişafa ötən ilin iyununda ölkənizə səfərim zamanı şəxsən əmin oldum. Mən ikitərəfli münasibətlərimizin dinamik inkişafına səmimi qəlbdən şadam. Son zamanlar ən yüksək səviyyədə görüşlər, habelə Azərbaycan-Macarıstan Hökumətlərarası İqtisadi Komissiyanın fəaliyyəti bu inkişafa xeyli dərəcədə kömək etmişdir. Əminəm ki, bizim intensiv əməkdaşlığımız gələcəkdə də davam edəcəkdir.

Sizə möhkəm cansağlığı və ali dövləti vəzifənizdə uğurlar arzulayıram".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti