...

Konstitusiya Məhkəməsi Prezident seçkilərinin nəticələrini müzakirəyə çıxaracaq

Siyasət Materials 18 Oktyabr 2013 12:37 (UTC +04:00)
Azərbaycan Konstitusiya Məhkəməsi Mərkəzi Seçki Komissiyasının (MSK) okytyabrın 9-da keçirilən Prezident seçkilərinin yekunu barədə protokolunun təsdiq olunmasına oktyabrın 19-da baxacaq.
Konstitusiya Məhkəməsi Prezident seçkilərinin nəticələrini müzakirəyə çıxaracaq

Azərbaycan, Bakı, 18 oktyabr /Trend, müxbir E.Mehdiyev/

Azərbaycan Konstitusiya Məhkəməsi Mərkəzi Seçki Komissiyasının (MSK) okytyabrın 9-da keçirilən Prezident seçkilərinin yekunu barədə protokolunun təsdiq olunmasına oktyabrın 19-da baxacaq. Bu barədə Trend-ə Konstitusiya Məhkəməsindən bildirilib.

Xatırladaq ki, Mərkəzi Seçki Komissiyası (MSK) dünənki iclasında oktyabrın 9-da keçirilmiş Prezident seçkilərinə yekun vurub.

Trend-in məlumatına görə, Seçki Məcəlləsinin 108-ci və 203-cü maddələrinin tələblərinə əsasən, MSK-nın seçkilərin nəticələri üzrə protokolu tərtib edilərək komissiya üzvləri tərəfindən imzalanıb.

Sonra protokol təsdiq olunmaq üçün Konstitusiya Məhkəməsinə göndərilib.

Qeyd edək ki, oktyabrın 9-da keçirilmiş Prezident seçkilərində Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev 84,54 faiz (3 126 113 seçici) səs toplayaraq böyük üstünlüklə qalib gəlib.

Digər namizədlərin səsləri isə belədir:

Cəmil Həsənli - 5,53% (204 642 səs)
İqbal Ağazadə - 2,40% (88 723 səs)
Qüdrət Həsənquliyev - 1,99% (73 702 səs)
Zahid Oruc - 1,46% (53 839 səs)
İlyas İsmayılov - 1,07% (39 722 səs)
Araz Əlizadə - 0,87% (32 069 səs)
Fərəc Quliyev - 0,86% (31 926 səs)
Hafiz Hacıyev - 0,66% (24 461 səs)
Sərdar Məmmədov - 0,61% (22 773 səs)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti