...

Misir Azərbaycan sərmayələrində maraqlıdır

Siyasət Materials 24 Oktyabr 2013 14:03 (UTC +04:00)
Misir Azərbaycan sərmayələrində maraqlıdır.
Misir Azərbaycan sərmayələrində maraqlıdır

Azərbaycan, Bakı, 24 oktyabr /Trend, müxbir S.Ağayeva/

Misir Azərbaycan sərmayələrində maraqlıdır. Bu barədə Trend-ə açıqlamasında Azərbaycanın Misirdəki səfiri Şahin Abdullayev bildirib.

"Misir hökuməti ölkə iqtisadiyyatının bərpası üçün Azərbaycan sərmayələrinə maraq göstərir. Bu marağı görüşlərdə rəsmilər dəfələrlə səsləndiriblər. Misir hökumətində Azərbaycan sərmayələrinin iqtisadiyyat, infrastruktur, aqrar sektor və digər sahələrə cəlb olunması imkanlarına baxırlar".

Diplomat vurğulayıb: "Azərbaycan tərəfi də, o cümlədən Misirə sərmayə yatırmaqda maraqlıdır, lakin bunun üçün bu investisiyaların təhlükəsizliyi, həmçinin gələcəkdə Misirdə işləyəcək Azərbaycan şirkətlərinin nümayəndələrinin təhlükəsizliyi ilə bağlı Misir hökumətindən zəmanət almaq lazımdır".

Diplomatın sözlərinə görə, Misirin yeni hökuməti müntəzəm olaraq öz fəaliyyətini qaydaya salır: "Gələn ilin əvvəlində biz iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın növbəti iclasının keçirilməsini planlaşdırırıq. Onun gedişi zamanı gələcək əməkdaşlığın bütün aspektləri müzakirə ediləcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti