...

Əvəz Temirxan Milli Şuranın üzvlüyündən çıxdı, daha 9 nəfərin istefası qəbul edildi (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 24 Oktyabr 2013 17:41 (UTC +04:00)
Trend-in məlumatına görə, Milli Şuranın bu gün keçirilən sessiyasında çıxış edən ALP sədri, Şuranın üzvü Əvəz Temirxan bildirib ki, Milli Şura daxili düşmənçiliyə üstünlük verir.
Əvəz Temirxan Milli Şuranın üzvlüyündən çıxdı, daha 9 nəfərin istefası qəbul edildi (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar əlavə edilib (İlk xəbər 17:04-də yayılıb)

Azərbaycan, Bakı, 24 oktyabr /Trend, müxbir E.Mehdiyev/

Azərbaycan Liberal Partiyası (ALP) Milli Şuranın tərkibindən çıxıb.

Trend-in məlumatına görə, Milli Şuranın bu gün keçirilən sessiyasında çıxış edən ALP sədri, Şuranın üzvü Əvəz Temirxan bildirib ki, Milli Şura daxili düşmənçiliyə üstünlük verir.

Onun sözlərinə görə, Lalə Şövkət Milli Şuranın üzvlüyündən istefa verdikdən sonra qurumdakı nümayəndələr daxili düşmənçiliklə məşğuldur.

Ə.Temirxan daxili düşmənçiliyin girovuna çevrilməmək üçün Milli Şuradan istefa verdiyini bəyan edərək sessiyanı yarımçıq tərk edib.

Daha sonra sessiyada qurumdan istefa verənlərin istefası səsverməyə qoyulub. Milli Şura üzvləri Asəf Quliyev, Lalə Şövkət, İlham Hüseyn, Zəminə Dünyamalıyeva, Solmaz Ələsgərova, Mövsüm Səmədov və İslam Partiyasından bir nəfərin istefası qəbul edilib.

Milli Şuranın iki üzvü Akif Şahbazov və Gülnarə Qurbanova isə qurumun sessiyasında iştirak etmədikləri üçün Milli Şuradan çıxarılıblar. Bu qərar səsvermədən sonra qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti