Gürcüstan, Tbilisi, 27 oktyabr /Trend, müxbir N. Kirtsxaliya/
Hakim "Gürcü arzusu" partiyasının namizədi Giorgi Marqvelaşvili Gürcüstanda keçirilmiş prezident seçkilərində liderlik edir. Trend-in məlumatına görə, bu haqda "Premyer" jurnalının və ghn informasiya agentliyinin sifarişilə SOCİS şirkətinin keçirdiyi exit-pollun nəticələrində deyilir.
Yekun səs sayımına görə, Giorgi Marqvelaşvili seçicilərin 65 faizinin dəstəyini qazanıb.
İkinci yerdə 16 faizlə "Vahid Milli Hərəkat" partiyasının namizədi David Bakradzedir. Onu 9 faiz səslə Nino Burcanadze izləyir.
Digər 20 namizəd isə 1 faiz səsi bölüşürlər.
Qeyd edək ki, exit-poll 152 seçki məntəqəsində 12 100 seçici arasında keçirilib.