...

İran və BAEA arasında danışıqların ilk mərhələsi bu gün Vyanada keçiriləcək

Siyasət Materials 28 Oktyabr 2013 05:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 oktyabr /Trend/

Hər iki tərəfdən müzakirəçilər komandasının dəyişdirilməsindən sonra İran və Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) arasında danışıqların ilk mərhələsi bazar ertəsi Vyanada baş tutacaq. Bu barədə Trend RİA Novosti-yə istinadən məlumat verir.

Əvvəlcə yerli vaxtla saat 13:00-da BAEA-nın mənzil-qərargahında Agentliyin baş direktoru Yumiya Amano ilə İranın nüvə məsələsi üzrə baş müzakirəçisi, xarici işlər nazirinin müavini Abbas Əraqçi görüşəcəklər. Sonra saat 15:00-da adi formatda görüş balayacaq.

Agentliyin mətbuat xidmətinin məlumatına görə, BAEA nümayəndə heyətinə ilk dəfə baş direktorun müavini Tero Varyoranta başçılıq edəcək. O, oktabrın 1-də bu vəzifədə Herman Nakertsi əvəzləyib.

BAEA ilə danışıqlardan sonra, oktyabrın 30-31-də Vyanada İran və beynəlxalq vasitəçilər - "altılıq" arasında ekspertlər səviyyəsində danışıqların aparılacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti