...

Britaniyalı deputat Anqus Makneyl: Azərbaycan regionda söz sahibi və iqtisadi lokomotiv rolunda çıxış edir

Siyasət Materials 28 Oktyabr 2013 12:35 (UTC +04:00)
Şotlandiya-Azərbaycan əlaqələri yüksələn xətt üzrə inkişaf edir. Trend-in məlumatına görə, bu barədə Böyük Britaniya Parlamentinin Şotlandiyadan olan millət vəkili Anqus Makneyl Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) suallarını cavablandırarkən deyib.
Britaniyalı deputat Anqus Makneyl: Azərbaycan regionda söz sahibi və iqtisadi lokomotiv rolunda çıxış edir

Azərbaycan, Bakı, 28 oktyabr /Trend, müxbir E.Mehdiyev/

Şotlandiya-Azərbaycan əlaqələri yüksələn xətt üzrə inkişaf edir. Trend-in məlumatına görə, bu barədə Böyük Britaniya Parlamentinin Şotlandiyadan olan millət vəkili Anqus Makneyl Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) suallarını cavablandırarkən deyib.

A.Makneyl Azərbaycanın regionda söz sahibi və iqtisadi lokomotiv rolunda çıxış etdiyini bildirib: "Azərbaycanın ərazisi demək olar ki, Şotlandiyanın ərazisi ilə eyni ölçüdədir. Azərbaycan Qərbin müttəfiqidir və ötən 19 il ərzində bp-nin başçılıq etdiyi Azərbaycan Beynəlxalq Əməliyyat Şitkəti (AİOC) vasitəsilə Avropanı qaz və neftlə təmin edib".

Azərbaycan və Şotlandiyanın enerji ekspertleri arasında sıx əməkdaşlıq əlaqələri mövcuddur. Şotlandiyada bp-nin 2500-dən artıq əməkadaşı vardır ki, ötən illər ərzində onların arasında yüzlərlə azərbaycanlı işçi də yer almışdır. Həmçinin Bakıda çalışan şotland mütəxəssislərin də sayı yüzlərlə ölçülür.

Hazırda Azərbaycan Şotlandiyanın neft-qaz sənayesinin təchizatı üçün avadanlıq ixrac etdiyi ölkələrin sırasında 6-cı yerdə durur. Şotlandiyanın "Wood Group", "RBG", "Highland Rope Access International" və "Fergusson Seacabs" kimi aparıcı şirkətləri Azərbaycanda fəaliyyət göstərirlər.

Azərbaycan regional lider və güclü iqtisadi potensiala malik olan bir ölkədir. Onun Böyük Briyaniya ilə əlaqələri daha da genişlənərək dərinləşməyə doğru istimaqət götürəcəkdir. Belə ki, Şotlandiya şirkətləri enerji sahəsində böyük nailiyyətlərin əldə olunmasına verdikləri töhfəni iqtisadiyyatın digər sahələrinin inkişaf etdirilməsi üçün də davam etdirəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti