...

Gürcüstanın Respublikaçılar partiyası yeni sədrini seçəcək

Siyasət Materials 3 Noyabr 2013 13:51 (UTC +04:00)
"Gürcü arzusu" hakim koalisiyaya daxil olan Gürcüstanın Respublikaçılar partiyası bazar günü yeni sədrini və milli komitəsini seçəcək.
Gürcüstanın Respublikaçılar partiyası yeni sədrini seçəcək

Gürcüstan, Tbilisi, 3 noyabr /Trend, müxbir N.Kirtsxaliya /

"Gürcü arzusu" hakim koalisiyaya daxil olan Gürcüstanın Respublikaçılar partiyası bazar günü yeni sədrini və milli komitəsini seçəcək.

Trend-in məlumatına görə, milli komitə Gürcüstan parlamentinin spikeri David Usupaşvilini bu vəzifədə əvəz edən yeni sədri seçəcək.

Milli komitə və Respublika partiyasının sədri 2 il müddətinə seçiləcək.

Gürcüstanın müxtəlif regionlarından Tbilisiyə qurultaya gələn iki mindən artıq nümayəndə birbaşa gizli səsvermə yolu ilə milli komitənin 35 üzvünü seçəcək.

Gürcüstan Respublikaçılar partiyası 1978-ci ildə yaradılıb. Müxtəlif dövrlərdə ona Vaxtanq Dzabiradze, İvlian Xaindrava, David Berdzenişvili sədrlik ediblər. Partiyanın hazırkı sədri David Usupaşvilidir. Ali qanunverici orqanda partiya "Gürcü arzusu" fraksiyasında təqdim olunub.

Gürcüstanın Respublikaçılar partiyası Liberal İnternasional (LI) beynəlxalq siyasi təşkilatın və Avropa uğrunda liberallar və demokratlar alyansının (ALDE Party) tamhüquqlu üzvüdür.

Xəbər lenti

Xəbər lenti