...

Leyla Əliyeva Heydər Əliyev Mərkəzində italyan bəstəkar Umberto Cordanonun "Sibir" operasına tamaşa edib (FOTO)

Siyasət Materials 3 Noyabr 2013 22:53 (UTC +04:00)
Heydər Əliyev Mərkəzinin səhnəsində noyabrın 3-də Rusiyanın xalq artisti Dmitri Bertmanın quruluşunda italyan bəstəkar Umberto Cordanonun (Umberto Giordano) "Sibir" operası nümayiş etdirilib
Leyla Əliyeva Heydər Əliyev Mərkəzində italyan bəstəkar Umberto Cordanonun "Sibir" operasına tamaşa edib (FOTO)

Azərbaycan, Bakı, 3 noyabr /Trend, müxbir S.Ağayeva /

Heydər Əliyev Mərkəzinin səhnəsində noyabrın 3-də Rusiyanın xalq artisti Dmitri Bertmanın quruluşunda italyan bəstəkar Umberto Cordanonun (Umberto Giordano) "Sibir" operası nümayiş etdirilib.

Heydər Əliyev Mərkəzinin mədəniyyətin inkişafına dəstək, dünya incəsənəti nümunələrinin Azərbaycanda təbliği çərçivəsində reallaşan layihənin təqdimatında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.

Bəstəkar Umberto Cordanonun "Sibir" operası rus həyatından bəhs edir. Bu opera iki gəncin Peterburqda başlayan və sürgündə, ölkənin lap uzaq yerində faciəvi sonluqla bitən sevgi hekayəsindən bəhs edir.

Dmitri Bertmanın tamaşası artıq yeddi ildir ki, teatrın repertuarına daxildir.

Operanın əsas partiyalarını Rusiyanın əməkdar artistləri Vadim Zapleçnı, Serqey Toptıqin və sairləri ifa ediblər. Orkestrin dirijoru Valeriy Kiryanov idi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti