...

Səudiyyə Ərəbistanını BMT TŞ-də İordaniya əvəz edəcək

Siyasət Materials 8 Noyabr 2013 07:31 (UTC +04:00)
Səudiyyə Ərəbistanının BMT Təhlükəsizlik Şurasındakı (TŞ) yerini rəsmi ər-Riyadın bu təşkilatın qeyri-daimi üzvlüyündən imtina etməsindən sonra İordaniya tutacaq.
Səudiyyə Ərəbistanını BMT TŞ-də İordaniya əvəz edəcək

Azərbaycan, Bakı, 8 noyabr /Trend/

Səudiyyə Ərəbistanının BMT Təhlükəsizlik Şurasındakı (TŞ) yerini rəsmi ər-Riyadın bu təşkilatın qeyri-daimi üzvlüyündən imtina etməsindən sonra İordaniya tutacaq. Trend-in məlumatına görə, bu barədə "Assoşieyted Press" agentliyi diplomatik mənbəyə istinadən məlumat verir.

Agentliyin həmsöhbəti bildirib ki, İordaniyanın BMT-dəki daimi nümayəndəsi ölkənin TŞ-də oynayacağı yeni rolu müzakirə etmək üçün bu gecə Əmmana gəlib.

Qeyd edək ki, bu ilin oktyabr ayında Səudiyyə Ərəbistanı ilk dəfə Baş Assambleya tərəfindən 2014-2015-ci illər üçün TŞ-nin üzv ölkəsi seçilib. Lakin rəsmi ər-Riyad təşkilatda islahatların lazımi formada aparılmadığını və TŞ-nin işinin son dərəcə səmərəsiz olduğunu elan edərək öz yerindən imtina edib.

Bundan əvvəl KİV-lərdə məlumat yayıılmışdı ki, Səudiyyə Ərəbistanını BMT TŞ-də Küveyt əvəz edəcək. Lakin Küveyt Xarici İşlər Nazirliyi bu məlumatı təkzib edib.

Xəbər lenti

Xəbər lenti