Azərbaycan, Bakı, 8 noyabr /Trend, müxbir R.Hafizoğlu/
Türkiyə-Azərbaycan münasibətləri dünya iqtisadi siyasətinə təsir etmək gücündədir. Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu deyib.
Nazirin sözlərinə görə, Ankaranın Türkiyə-Ermənistan və Azərbaycan-Ermənistan münasibətlərinə qarşı
mövqeyi aydın və konkretdir.
Ə.Davudoğlu qeyd edib ki, yalnız Azərbaycanın işğal edilmiş ərazilərinin azad edilməsindən sonra Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasından danışmaq olar: "Bu məsələdə Ankara və Bakı arasında heç bir fikir ayrılığı yoxdur".