...

Türkiyə-Azərbaycan münasibətləri sarsılmazdır

Siyasət Materials 14 Noyabr 2013 10:57 (UTC +04:00)
Dünən Türkiyənin paytaxtı Ankarada Azərbaycan Prezidenti İlham Əliyev ilə Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan arasında Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının üçüncü iclası keçirildi.
Türkiyə-Azərbaycan münasibətləri sarsılmazdır

Rufiz Hafizoğlu, Trend-in Yaxın Şərq redaksiyasının rəhbəri

Dünən Türkiyənin paytaxtı Ankarada Azərbaycan Prezidenti İlham Əliyev ilə Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan arasında Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının üçüncü iclası keçirildi.

İclas zamanı iki ölkə arasında iqtisadi, siyasi məsələlərlə yanaşı, regional məsələlər də müzakirə olundu. Təbii ki, "bir millət, iki dövlət" prinsipinə söykənən iki qardaş ölkə arasında gələcək əməkdaşlığın perspektivləri əsas müzakirə mövzusu idi.

İki dövlət arasında davamlı olaraq Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclaslarının keçirilməsi əslində dünyaya, eyni zamanda Ankara-Bakı münasibətlərindən narahat olan qüvvələrə, sözün əsl mənasında, bir ismarış idi. Dolayısı ilə Ankara-Bakı münasibətləri bundan sonra iqtisadi və siyasi müstəvidə ən yüksək səviyyədə inkişaf edəcək. Türkiyənin güclənməsi Azərbaycanın güclənməsidir.

Ankara-Bakı münasibətlərinin tarixinə nəzər salsaq, görərik ki, Azərbaycanın müstəqilliyinin tanınmasından bu günə qədər əməkdaşlıq gözlənildiyi kimi, yalnız və yalnız yüksələn xətt üzrə inkişaf edib.

Rəsmi Ankara bütün məsələlərdə, eyni zamanda Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanı dəstəklədiyi kimi, rəsmi Bakı da hər zaman bütün məsələlərdə Ankaraya dəstək verib.

Hətta Türkiyə rəsmiləri dəfələrlə bəyan ediblər ki, rəsmi Ankaranın Dağlıq Qarabağ məsələsində mövqeyi dəyişməzdir.

Bu gün iki dövlət arasında olan əlaqələrə nəzər yetirsək, bu münasibətlərin sadəcə siyasi müstəvidə deyil, iqtisadi və mədəni müstəvidə də inkişafının şahidi olarıq.

Azərbaycan və Türkiyəni dünyanın energetika siyasətini dəyişdirə biləcək iqtisadi layihələr də birləşdirir.

Bütün bunlarla yanaşı, iki ölkə arasında əmtəə dövriyyəsinin 4,2 milyard dollardan 15 milyard dollaradək artırılacağı gözlənilir.

Ankara-Bakı münasibətlərinin tarixinə nəzər salınsa, əminliklə söyləmək olar ki, ölkə rəhbərlərinin səyi nəticəsində bu əlaqələr ortaq tariximizi, mədəniyyətimizi qucaqlayaraq, nailiyyətlərimizi indiki və gələcək nəsillərə çatdıra biləcək bir səviyyəyə çatıb və Azərbaycan-Türkiyə münasibətləri sarsılmazdır.

Prezident İlham Əliyevin yenidən prezident seçilməsindən sonra ilk səfərini Türkiyəyə etməsi qardaşlığımızın sarsılmazlığıni sübut etdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti