...

Milli Məclisdə Azərbaycan-ABŞ münasibətləri müzakirə edilib

Siyasət Materials 16 Noyabr 2013 15:11 (UTC +04:00)
Milli Məclis sədrinin müavini, parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov Azərbaycanda səfərdə olan ABŞ-ın Arizona ştatı Senatının və Nümayəndələr Palatasının üzvləri ilə görüşüb.
Milli Məclisdə Azərbaycan-ABŞ münasibətləri müzakirə edilib

Azərbaycan, Bakı, 16 noyabr /Trend/

Milli Məclis sədrinin müavini, parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov Azərbaycanda səfərdə olan ABŞ-ın Arizona ştatı Senatının və Nümayəndələr Palatasının üzvləri ilə görüşüb.

Trend-in MM-in saytına istinadən verdiyi məlumata görə,
Valeh Ələsgərov bildirib ki, Azərbaycanla ABŞ arasında münasibətlər yüksək səviyyədədir. Ölkələrimiz arasındakı əlaqələr bütün sahələrdə uğurla inkişaf edir və Azərbaycanın Amerikanın müxtəlif ştatları ilə sıx münasibətləri vardır.

Söhbət zamanı nümayəndə heyətinin rəhbəri Con Mak Komiş, Adam Driqqs, Don Şuter, Rik Qrey və digərlərinin suallarına cavab verilib, Azərbaycanla Arizona statı arasında əlaqələrin müxtəlif sahələrdə, o cümlədən parlamentlər səviyyəsində inkişaf perspektivləri müzakirə olunub, qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulanıb.

Həmin gün ölkəmizdə səfərdə olan Amerika Birləşmiş Ştatlarının Arizona Senatının və Nümayəndələr Palatasının üzvlərindən ibarət nümayəndə heyəti Milli Məclisdə Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvləri ilə görüşüblər.

İşçi qrupun rəhbəri Səməd Seyidov yüksək səviyyədə olan ikitərəfli münasibətlərdən danışaraq bildirib ki, Birləşmiş Ştatlar Azərbaycan üçün vacib ölkədir. Birləşmiş Ştatlar Azərbaycanın ərazi bütövlüyünü və haqq səsini yüksək səviyyədə dəstəkləyən ölkələrdəndir. Azərbaycan da hər zaman, xüsusilə də terrora qarşı mübarizədə Birləşmiş Ştatların yanındadır.

Səməd Seyidov diqqətə çatdırıb ki, Azərbaycan çoxmillətli və tolerantlıq nümayiş etdirən bir ölkədir. Burada müxtəlif mədəniyyətlərin və millətlərin nümayəndələri mehriban yaşayırlar.
Qeyd olunub ki, Azərbaycan və ABŞ məsafəcə bir-birindən uzaqda olsalar da, eyni dəyərləri bölüşürlər.

Söhbət zamanı Azərbaycanın Cənubi Qafqazda əhəmiyyətli rolu xüsusi qeyd edilib.

Görüşdə tərəfləri maraqlandıran digər mövzularda da fikir mübadiləsi aparılıb, qonaqların suallarına cavab verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti