...

Belçikalı deputat: Dini və etnik tolerantlıq üzərində qurulmuş Azərbaycan cəmiyyəti belçikalılar üçün örnək ola bilər

Siyasət Materials 19 Noyabr 2013 15:09 (UTC +04:00)
Dini və etnik tolerantlıq üzərində qurulmuş Azərbaycan cəmiyyəti belçikalılar üçün örnək ola bilər.
Belçikalı deputat: Dini və etnik tolerantlıq üzərində qurulmuş Azərbaycan cəmiyyəti belçikalılar üçün örnək ola bilər

Azərbaycan, Bakı, 19 noyabr /Trend, müxbir S.Əhmədova/

Dini və etnik tolerantlıq üzərində qurulmuş Azərbaycan cəmiyyəti belçikalılar üçün örnək ola bilər. Trend-in məlumatına görə, bunu Belçika Parlamentinin üzvü Alan Kurtua Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Azərbaycan cəmiyyətinin tolerantlığı və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqışəsinə dair suallarını cabablandırarkən deyib.

A.Kurtua bildirib: "Azərbaycan Belçikada çoz az tanınan ölkələrdən biridir. Azərbaycan cəmiyyətinin mədəni müxtəlifliyə malik olmasına baxmayaraq, bu ölkə çox zaman "uzaq bir məmləkət" kimi nəzərdən keçirilir".

Onun sözlərinə görə, iyirmi ildən artıq davam edən Dağlıq Qarabağ münaqişəsi regionun iqtisadi, coğrafi və mədəni potensialından tam bəhrələnməyə əngəl törədir:

"BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələrin hələ də Ermənistan tərəfindən həyata keçirilməməsi qəbuledilməzdir. Fikrimcə, istənilən konstruktiv danışıqlar beynəlxalq hüquq və prinsiplər əsasında aparılmalıdır. Ermənistan bu beynəlxalq çərçivə ilə razılaşmalı və Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşmalıdır. Məhz bundan sonra balanslı danışıqlar bütün Cənubi Qafqaz regionu üçün səmərəli həll yoluna çıxaracaq".

A.Kurtua vurğulayıb ki, Azərbaycanın qaçqın və məcburi köçkün problemi sözsüz ki faciədir: "Mən beynəlxalq ictimaiyyəti bu unudulmuş problemə daha çox diqqət ayırmağa çağırıram. Beynəlxalq ictimaiyyət Suriyadakı insan faciəsinə bu qədər diqqət yetirdiyi halda, Cənubi Qafqazdakı daha köhnə olan qaçqın və məcburi köçkün problemi diqqətdən kənarda qalıb. Bu, Azərbaycana sosial-iqtisadi cəhətdən inkişaf etməsinə və təminatlı gələcəyini qurmasına əngəl törədir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti