Azərbaycan, Bakı, 21 noyabr /Trend/
BMT Suriyanın kimyəvi silahlarının dənizlərdə məhv edilməsinin mümkün variantlardan biri olduğunu açıqlayıb.
Trend "Zaman" qəzetinə istinadən məlumat verir ki, BMT baş katibinin mətbuat katibi Fərhan Həqq Suriyanın kimyəvi silahlarının dənizlərdə məhv edilməsinin mümkün variantlardan biri olduğunu, lakin bu məsələ ilə bağlı hələ qəti qərarın verilmədiyini bildirib.
O, BMT və Kimyəvi Silahların Qadağan olunması Təşkilatının Suriyanın kimyəvi silahlarının məhv edilməsi üçün müxtəlif ölkə təmsilçiləri ilə danışıqları davam etdirdiyini deyib:
"Suriyanın kimyəvi silahları hansı yolla məhv edilirsə-edilsin, bu məsələdə bütün beynəlxalq qanunlara və təhlükəsizlik standartlarına uyğun addım atılacaq. Bir çox ölkə və təşkilatla Suriyanın kimyəvi silahlarının necə məhv ediləcəyi məsələsi üzrə danışıqlar davam etdirilir".