...

NATO rəsmiləri Azərbaycanla əməkdaşlığı vacib hesab edir (FOTO)

Siyasət Materials 21 Noyabr 2013 11:10 (UTC +04:00)
"Azərbaycan NATO ilə əməkdaşlığı davam etdirmək üçün resurslara malikdir".
NATO rəsmiləri Azərbaycanla əməkdaşlığı vacib hesab edir (FOTO)

Azərbaycan, Bakı, 21 noyabr /Trend, müxbir S.Əhmədova/

"Azərbaycan NATO ilə əməkdaşlığı davam etdirmək üçün resurslara malikdir". Trend-in məlumatına görə, bunu bu gün Bakıda "Enerji təhlükəsizliyinə müştərək yanaşma: NATO və digər tərəflərin mövqeyi" adlı konfransda çıxışı zmanı NATO-nun Gürcüstanda yerləşən Cənubi Qafqaz regionunun əlaqələndirici ofisinin rəhbəri Uilyam Lahu deyib.

Tədbirdə çıxış edən NATO-nun Enerji təhlükəsizliyi şöbəsinin rəhbəri Maykl Röhle bildirib ki, Azərbaycan enerji təhlükəszliyi məsələlərində vacib ölkələrdən biridir.

M.Röhlenin sözlərinə görə, Azərbaycan enerji təhlükəsizliyinin təmin edilməsində NATO-nun ən vacib tərəfdaşlarından biridir.

O bildirib ki, Azərbaycan təlimlər sahəsində də çox vacib rol oynaya bilər. Bu ölkə çox böyük nailiyyətlər əldə edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti