...

BMT-nin xüsusi məruzəçisi Azərbaycana səfər edəcək

Siyasət Materials 21 Noyabr 2013 15:44 (UTC +04:00)
Birləşmiş Millətlər Təşkilatının xüsusi məruzəçisi Rəşidə Manju 25 noyabr - 5 dekabrda Azərbaycanda səfərdə olacaq.
BMT-nin xüsusi məruzəçisi Azərbaycana səfər edəcək

Azərbaycan, Bakı, 21 noyabr /Trend, müxbir S.Əhmədova/

Birləşmiş Millətlər Təşkilatının xüsusi məruzəçisi Rəşidə Manju 25 noyabr - 5 dekabrda Azərbaycanda səfərdə olacaq.

Trend-in BMT-nin Cenevrədəki ofisinə istinadən verdiyi məlumata görə, səfər zamanı R.Manju ölkədə qadınlara qarşı zorakılıq məsələlərini araşdıracaq.

Məruzəçi on günlük səfəri çərçivəsində Bakıda ölkə rəsmiləri ilə görüşəcək, Xaçmaz, Gəncə, Lənkəran və Sumqayıta səfər edəcək.

Səfər zamanı BMT rəsmisi vətəndaş cəmiyyətinin nümayəndələri və sığınacaq və qadın həbsxanalarındakı məhbuslarla da görüşəcək.

Səfər zamanı toplanan məlumatlar əsasında R.Manju BMT İnsan Hüquqları Şurasının növbəti sessiyasında məruzə ilə çıxış edəcək.

Qeyd edək ki, bu, BMT tərəfindən təyin olunan müstəqil ekspertin qadınlara qarşı zorakılıq məsələlərini araşdırmaq üçün ilk səfəridir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti